Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
Azərbaycan Könüllüləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan Könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər.

300-dən çox Azərbaycan Könüllüsü, könüllü təşkilatlarının rəhbər və nümayəndələri ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər gül dəstələri qoyublar.

Qürurla qeyd etmək lazımdır ki, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı erməni işğalından azad edərək, ərazi bütovlüyümüz tam bərpa olunmuşdur.

20 Yanvar hadisəsi Azərbaycan xalqının yaddaşında təkcə faciə günü kimi deyil, həm də milli iradəmizin zəfər çaldığı gün kimi həkk olunub.

Son xəbərlər
Bütün xəbərlər »