Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransada bitməyən tətillər, mitinqlər prezident Makronun hakimiyyətinin sonu üçün zəmin hazırlayır"
"Fransada bitməyən tətillər, mitinqlər prezident Makronun hakimiyyətinin sonu üçün zəmin hazırlayır"

"Fransa-Azərbaycan münasibətləri gərgin olaraq qalır və elə başa düşürəm ki, bundan sonra da gərgin olacaq".

Bu sözləri Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov deyib. Politoloq hesab edir ki, Makronun hakimyyət dövrünə az qalıb. Çünki artıq Fransada onu qəbul etmirlər. Fransız xalqı ona qarşıdır.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Hər gün tətillər, mitinqlər bunu göstərir. Həm də Makronun dünya siyasi sistemində ifşa olunduğu, özünü layiqli prezident kimi aparmadığı artıq hamıya məlumdur. O, əhali arasına çıxanda başına və üzünə yumruq vurub, yumurta çırpırlar. Bu da hamının göz qarşısında baş verir”-deyən politoloq hesab edir ki, Makronun hakimiyyət dövrünün bitməsinə az qalıb.

Elşad Həsənov həmçinin qeyd edib ki, Azərbaycan öz yolundan çəkilən deyil.

“Bizimlə heç kim təhdid dilində danışa bilməz. Azərbaycan həqiqətən də, Cənubi Qafqazda lider ölkədir. Azərbaycan güclü ölkədir və Azərbaycan kiminsə "çaldığı musiqiyə oynayan" ölkə deyil. Ona görə də Fransa ya Azərbaycana qarşı öz siyasətini dəyişməlidir, ya da Azərbaycanla lazımi münasibətlər qurmalıdır”-deyə Elşad Həsənov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »