Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Spiker: “Azərbaycanla Gürcüstan arasında səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir”
Spiker: “Azərbaycanla Gürcüstan arasında səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir”

Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından Gürcüstan xalqını müstəqillik günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, spiker bu barədə Gürcüstanın müstəqillik günü münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə bildirib.

Parlament sədri deyib ki, Azərbaycanla Gürcüstan arasında dərin dostluq və səmərəli əməkdaşlıq uzun illər əvvəl dəqiqliklə düşünülmüş siyasətin tərkib hissəsidir.

"Sevindirici haldır ki, bugünkü müstəqil Gürcüstan XX əsrində başa çatdırılmamış işləri uğurla davam edir. Düşünülmüş siyasət nəticəsində Gürcüstan bu gün uğurla inkişaf edib. Əsrlər boyu xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıb. Bugünkü əlaqələrimiz də məhz həmin dərin tarixi köklərə əsaslanır. Dövlət başçıları arasındakı yüksək səviyyəli dialoq münasibətlərin möhkəmlənməsinə böyük təkan verir. Bunun nəticəsində elə bir sahə tapmaq çətindir ki, Azərbaycan və Gürcüstan bu sahədə əməkdaşlıq etməsin. Həyata keçirilən layihələr həm Cənubi Qafqaz, həm də Avrasiya regionu üçün əhəmiyyət daşıyır. Hər iki xalqın nümayəndələri ölkələrimiz arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayır. Ölkələrimiz arasındakı əməkdaşlıq və etimad beynəlxalq təşkilatlar səviyyəsində də davam edir. Bu münasibətlər region ölkələri arasında sıx tərəfdaşlığın vacib olduğunun bariz nümunəsidir".

Son xəbərlər
Bütün xəbərlər »