Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzünüzə baxıb sağlamlıq problemlərinizi müəyyənləşdirəcək "Sehrli Güzgü"
Üzünüzə baxıb sağlamlıq problemlərinizi müəyyənləşdirəcək "Sehrli Güzgü"

Sensorlar və süni intellekt sahəsindəki inkişaflarla yanaşı, sağlamlıq texnologiyaları sahəsində də bir çox yeniliklər ortaya çıxmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, bunlardan biri "NuraLogic" texnologiya şirkəti tərəfindən CES 2024-də təqdim edilən "Anura MagicMirror"dur.

Bu güzgü qarşısındakı insanın üzünü yoxlayaraq onun sağlamlıq vəziyyətini anlaya bilir.

"Anura" öz istehsalçısı tərəfindən öz sinfinin ilk növü kimi təsvir edilir və ondan istifadə etmək üçün hər hansı digər cihaza qoşulmaq, daxil olmaq və ya demoqrafik məlumat daxil etmək tələb olunmur. Bu mənada istifadəsi çox asan bir cihaz olduğunu söyləmək olar.

Bu 21,5 düymlük ağıllı güzgü 30 saniyə qarşısında dayanan insanın üzünü oxuyur. Bu müayinə prosesində istifadəçinin üzündəki qan axını aşkar edilərək müayinə edilir. Şirkətin patentli texnologiyası olan "Transdermal Optical Imaging" ilə insanın üzündəki qan axını bir şəkildə xəritələnir. "NuraLogix" bildirir ki, "MagicMirror" sayəsində insanlar qan təzyiqi, bədən kütləsi indeksi, nəbz müntəzəmliyi, nəbz tezliyi, tənəffüs tezliyi və üz dərisinin yaşı kimi məsələlər barədə məlumatlandırıla bilərlər. Bundan əlavə, bu ağıllı güzgü sayəsində şəkərli diabet, ürək-damar xəstəlikləri, insult, hipertoniya, qaraciyər yağlanması, ruhi xəstəliklər və depressiya kimi bir çox xəstəliklərin riski müəyyən edilə bilər.

"NuraLogix" hələ "MagicMirror" üçün heç bir qiymət və ya buraxılış tarixi məlumatı təqdim etməyib. Bu ağıllı güzgüdən xəstəxana və klinikalarda, qocalar evlərində və digər səhiyyə ocaqlarında gözləmə yerlərində istifadə edilməsi planlaşdırılır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »