Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaziantepli mozaika sənətçisi Cümhuriyyətin 100-cü ildönümü münasibətilə ədviyyatları "sənət"ə çevirib
Qaziantepli mozaika sənətçisi Cümhuriyyətin 100-cü ildönümü münasibətilə ədviyyatları "sənət"ə çevirib

Gaziantep Böyükşəhər Bələdiyyəsi Jalə Tekinalp Yücel Mədəniyyət və İncəsənət Mərkəzinin koordinatoru Gülçin Sökücü Ticarət Nazirliyinin Qaziantepdə Cümhuriyyətin 100-cü ildönümünün qeyd edildiyi tədbirlər çərçivəsində təşkil etdiyi "5-ci Türkiyə Kooperativlər Sərgisi" üçün ədviyyatlardan istifadə etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Təxminən 40 ədviyyatdan istifadə edərək 3 kvadrat metrlik sahədə çiçəklər təsvir edən Sökücü, zəngin Qaziantep mətbəxini mozaika sənəti ilə tanıtmaq istəyir. Sökücü müxtəlif materiallarla mozaika sənəti hazırladığını və bununla da bir çox məhsulu tanıtmaq şansı qazandığını bildirib.

Qaziantepin ədviyyatlarını tanıtmaq üçün mozaika sənətindən istifadə etmək qərarına gəldiyini qeyd edən Sökücü: "Kooperativ qadınlarımızın tarlalardan yığıb ədviyyata çevirdiyi kəklikotu, zəfəran, qırmızı bibər kimi ağlınıza gələ biləcək bir çox məhsul bu işə daxil etmişik", -deyə bildirib.

Ədviyyatların təkcə yeməkdə deyil, bir çox sahədə də istifadə edildiyini qeyd edən Sökücü: "5 sivilizasiyaya ev sahibliyi edən zəngin diyarın qoxusu, dadı, sağlamlığı və müalicəsi ilə keçmişdən bu günə bir çox faydalı ədviyyatları var. Bunları mozaika sənəti ilə ifadə etmək şansımız oldu. Bəzi ədviyyatları sulandırdıq, bir qismini qarışdırdıq, qarışdırdıqca fərqli rənglər aldıq. Əsərdə gülləri təsvir etdik və 40 növ ədviyyatdan istifadə etdik. Torpağımızı, mədəniyyətimizi, qoxumuzu tanıtmaq istədik”, - deyə gördüyü işdən danışarkən qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »