Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"CarePod" - Dünyada ilk həkimsiz, süni intellektlə dəstəklənən klinika - Video
"CarePod" - Dünyada ilk həkimsiz, süni intellektlə dəstəklənən klinika - Video

Son zamanlar həyatımızın demək olar ki, hər bir hissəsinə inteqrasiya etməyə başlayan süni intellekt texnologiyaları artıq səhiyyə sektoruna daxil olub.

Bizimyol.info xəbər verir ki, keçmişdə biz "Open AI"nin "ChatGPT" chatbotunun xəstəliklərin diaqnozu üçün istifadə oluna biləcəyini görmüşdük.

İndi, tibb dünyası üçün təməlqoyma potensialı olan oxşar bir inkişaf baş verib. 2016-cı ildə qurulan rəqəmsal sağlamlıq şirkəti "Forvard" insanlara səhiyyə xidmətləri almağa imkan verən köşklər yaradıb.

"CarePod" adlanan bu köşklər ticarət mərkəzlərində yerləşdirilmək üçün nəzərdə tutulub. İnsanlar aylıq abunə sistemini aldıqdan sonra bu köşklərə gedib səhiyyə xidmətlərindən yararlana biləcəklər. "Forvard"a görə, süni intellektlə dəstəklənən texnologiyalar bir gün həkim kabinetlərini əvəz edəcək.

Bəs "CarePod" tam olaraq necə işləyir?

"Forvard" qurulduğu gündən ABŞ-ın bəzi yerlərində klinikalar yaradan və aylıq abunə sistemi ilə insanlara virtual və üz-üzə sağlamlıq xidmətləri göstərən şirkətdir. O, "CarePod" şirkətin sistemini genişləndirəcək. Ayda 99 dollar ödəməklə abunə alan şəxs ticarət mərkəzinə gedəcək və smartfonu ilə "CarePod"un kilidini açacaq. Daxil olan istifadəçi süni intellektlə işləyən bir sıra texnologiyalarla qarşılaşacaq.

"CarePod" daxilindəki sistemlər fərdin bədənini skan etməyə, qan təzyiqini ölçməyə və barmağından qan almağa imkan verəcək. Robot səslə idarə olunacaq şəxs ilkin imtahan prosesini tam avtonom şəkildə tamamlayacaq. Müayinə zamanı əldə edilən nəticələr "Forvard" mərkəzlərindəki həkimlərin ekranlarına ötürüləcək və bu dəfə kapsulun içindəki ekranla müsahibə prosesi başlayacaq. Həkim də uzaqdan dərman yazacaq və müalicə prosesi başlayacaq.

Süni intellektin dünyanın heç bir yerində dərman yazmaq səlahiyyəti yoxdur. Beləliklə, "CarePod" ən azı hələlik təyinatı üzrə tam istifadə edilə bilməz. "Forvard"ın qurucusu Adrian Aun bildirir ki, inkişaf etdirdikləri texnologiya ilə onların əsas məqsədi müayinə və dərman çap prosesini avtonom etməkdir.

Aun: "Yavaş-yavaş, lakin şübhəsiz ki, biz həkimlərdən və tibb bacılarından tutmuş aparat və proqram təminatına qədər hər şeyi köçürürük. Əslində biz həkim müayinə kabinetinin mövcud olmasına da ehtiyac duymuruq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »