Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oyunun "zirvə"sini axtaranlar üçün 9 dekabr tarixində "Gamesummit" oyun festivalı keçiriləcək
Oyunun "zirvə"sini axtaranlar üçün 9 dekabr tarixində "Gamesummit" oyun festivalı keçiriləcək

9 dekabr tarixində Fairmont Flame Towers-da "Gamesummit" adlı böyük oyun festivalı keçiriləcək. Bu tədbir öncəkindən daha maraqlı və həyəcanlı olacaq. Bu tədbirdə daha çox oyun, kospley, musiqi, oyun və geek mədəniyyətinin bütün izləyiciləri üçün əyləncə gözlənilir.

"Gamesummit" tədbirinin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, 11 iyun tarixində keçirilən ilk "oyun" tədbirini 3 minə yaxın qonaq ziyarət edib. Eyni zamanda, sözügedən tədbirə 70-dən çox şirkət, təşkilat və sponsor dəstək göstərib. Bu faktlar "Gamesummit"-in yerli oyunçu və geek mədəniyyəti izləyiciləri arasında böyük populyarlığa sahib olduğunu göstərir.

9 dekabr tarixinə planlaşdırılan yeni və yenilənən "Gamesummit" tədbirində oyun çempionatları, kospley müsabiqələri, K-Pop çıxışları, VR zona və oyun, anime və komiks ilə əlaqəli müxtəlif suvenir və aksesuarları almaq imkanı kimi daha çox maraqli tədbirlər və əyləncələr gözlənilir. Həm də ilk dəfə olaraq bu tədbirdə yerli oyun inkişaf etdiriciləri üçün müsabiqə və ayrıca bir biznes konfransı təşkil olunacaq.

Biletləri rəsmi veb səhifədən əldə edə bilərsiniz:

Tədbirlə bağlı suallarınız üçün rəsmi sosial şəbəkələrə müraciət edə bilərsiniz:

Qeyd edək ki, biletlərin sayı məhduddur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »