Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Federasiya “Xankəndi” futbol komandası yaradır
Federasiya “Xankəndi” futbol komandası yaradır

Azərbaycan Minifutbol Federasiyasının(AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Federasiyadan verilən məlumatda bildirilir.

Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib.

Tədbirdə millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Görüşdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev , Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər. Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov yığma komandamızın sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »