Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İordaniya kralı Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
İordaniya kralı Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

İordaniya kralı II Abdullah hərbi əməliyyatları və Qəzza zolağının blokadasını dərhal dayandırmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, Fələstinlə bağlı Qahirə sülh sammitinin açılışında danışan.

O, “bombardmanlardan əziyyət çəkən Fələstin əhalisinə müntəzəm humanitar yardımın” yaradılmasının zəruriliyini vurğulayıb. “Hazırda Yaxın Şərqdə gördüklərimiz davamlı və ədalətli nizamlanmanın qurulması üçün edilən sülh səylərinin uğursuzluğunun nəticəsidir”, - deyib.

İordaniya monarxı bildirib ki, Qəzzada baş verən vəhşi bombardman mühasirəyə alınmış və köməksiz əhali üçün kollektiv cəzadır. Onun sözlərinə görə, bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayətidir.

"Hazırda prioritet müharibəni dərhal dayandırmaq, mülki insanları qorumaq və münaqişədə hər iki tərəfin hücumlarını pisləyən vahid mövqedən çıxış etməkdir, bizim ümumi dəyərlərimizə və beynəlxalq hüquqa uyğun olaraq, bu, seçici şəkildə həyata keçirildiyi təqdirdə bütün dəyərini itirir", - deyə II Abdullah qeyd etdi. O, fələstinlilərin məcburi köçkünlüyünə son qoyulmasını tələb edib, çünki bu, bütün ərəblər üçün qırmızı xəttdir, deyib.

“İsrail rəhbərliyi dərk etməlidir ki, təhlükəsizlik problemlərinin hərbi yolla həlli yoxdur, eləcə də onlar işğal altında yaşayan və qanuni hüquqlarından məhrum edilmiş beş milyon fələstinlinin acınacaqlı vəziyyətinə göz yuma bilməzlər. Əgər buna son qoymasalar, bölgərə yaşamaq onlar üçün çox çətin olacaq. Fələstinlilər hər zaman onarın kabusu olacaq”, - deyə kral qeyd etdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »