Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya nə Paşinyanın, nə də digərlərinin istəyi ilə regiondan getməz"
"Rusiya nə Paşinyanın, nə də digərlərinin istəyi ilə regiondan getməz"

“Düşünürəm ki, Ermənistanın informasiya məkanında son vaxtlar Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ və çox vaxt həqiqətə uyğun olmayan məlumatların yayılması istiqamətində hökm sürən açıq tendensiya nə sizi, nə də bizi qane edə bilməz. Bu, təbii ki, iki xalq arasında ünsiyyətin ənənəvi dostluq xarakteri ilə ziddiyyət təşkil edir”. Bu barədə bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. O, qeyd edib ki, bu təbliğat səxavətlə maliyyələşdirilən çoxsaylı QHT-lər, “ekspertlər” və qrantlar vasitəsilə “kollektiv Qərb” tərəfindən təşviq edilir. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığı, eləcə də Moskvanın İrəvana hərtərəfli yardımını xatırladıb. Rusiya XİN-in nümayəndəsi bir sıra mühim məsələlərə toxunub. Bir daha iki ölkə arasında münasibətlərin digər ölkələr tərəfindən bilərəkdən pozulmasından söz açıb. Amma reallığı da etiraf etmək lazımdır ki, Ermənistan artıq Rusiya ilə bağlarını qoparmağa qərarlıdır. Görünən odur ki, Qərbin verdiyi vədlər daha şirnikləşdiricidir. Amma Ermənistan unudur ki, onun təhlükəsizliyi məhz Rusiyanın əlindədir…

“Bu gün Rusiya Ukrayna ilə müharibə aparırsa, Rusiya zəyifləyibsə, Qərbin və yaxud Fransanın, digər qüvvələrin əli ilə onu ərazidən çıxarmaq …. Rusiya və NATO-nun sərhədi, Türkiyə-Ermənistan sərhəddidir. NATO Ermənistana ancaq Türkiyə vasitəsilə daxil ola bilər. Yəni ancaq bu yol var”….

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Rusiya-Türkiyə münasibətinin inkişaf etməsi, sülhün bərqarar olmasında böyük rol oynayır. Çünki bu gün regionda öz sözünü deyə biləcək ən ciddi qüvvələrdən biri Türkiyədir.

Arzu Nağıyev Arzu Nağıyev

“Düşünmürəm ki, Rusiya regiondan gedər və ya Rusiya regionu tərk edər, daha doğrusu Ermənistanı tərk edər. Bu məsələlər çox ciddi məsələlərdir. Buna görə də heç də nə Paşinyanın, nə də digərlərinin istəyi ilə bu baş vermir. Çox maraqlıdır ki, bu gün Ermənistanın təhlükəsizliyinə təhdidin qarşısını ala biləcək qüvvə Rusiya qüvvələri olduğu halda Ermənistan Rusiyaya qarşı bu addımları atır. Onlar düşünürlər ki, Qərblə istənilən bir separat danışıqlıqlara gedərək, Rusiyanı regiondan kənarlaşdırmaq olar. Bu isə, qeyri-mümkündür”.-deyə deputat vurğulayıb.

Deputat bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər məlumdur.

“Bizim rəhbərlərimizin arasındaki münasibətdən də çox şey aslıdır. Bu gün Rusiya və Azərbaycan arasında imzalanmış sənədlər var.

Türkiyə isə, bu gün NATO tərkibində müsəlman inanclı bir dövlət kimi, Rusiya-Ukrayna məsələləri və digər məsələlərdə öndə gedən dövlətdir. Bütün problemlərin həllini çözülməsində mütləq şəkildə o rol oynayır. Taxıl sazişi var, Rusiya-Türkiyə arasında saziş var, müxtəlif sazişlər var. Türkiyənin rolu mühümdür. Rusiya Türkiyə münasibətinin də bu proseslərə təsiri var”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »