Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təmiz" susuzluqdan əziyyət çəkirik... Suyun pH dəyəri göstərilən diapazondan aşağıdırsa...
"Təmiz" susuzluqdan əziyyət çəkirik... Suyun pH dəyəri göstərilən diapazondan aşağıdırsa...

Son zamanlar bir çox insanın evində su süzmək üçün olan bəzi təmizləyici qurğular özləri ilə bəzi narahatlıq doğuran yan təsirləri də gətirir. Kimyəvi maddələri süzgəcdən keçirsələr də, bu qurğular əslində sağlamlıq üçün lazım olan mineralları ciddi şəkildə məhv edir.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, deminerallaşdırılmış sular ürək-damar xəstəliklərindən tutmuş mədə-bağırsaq xəstəliklərinə qədər bir çox xəstəliklərin riskini artırır. Kran suyunun çirkli olması və demijonların kifayət qədər gigiyenik olmaması bir çox insanın su təmizləyici qurğulara üstünlük verməsinə səbəb olur. Suyun tərkibindəki zərərli maddələri süzmək üçün təmizləyici qurğudan istifadə edilsə də, orqanizmimiz üçün lazım olan minerallar da süzülür.

Su təmizləyicilər suyu çirkləndiricilərdən necə təmizləyir?

Bazarda olan bir çox müxtəlif növ su təmizləyiciləri ümumiyyətlə əks osmos (RO), distillə və UV işığının istifadəsi ilə suyu zərərli maddələrdən təmizləyir. Sudan çirkləndiriciləri təmizləyən qurğular çiy suyu süzür və təmiz su verir. Bəzi sistemlər bunu kimyəvi maddələrlə edərkən, digərləri elektrostatik yüklə təmiz su əldə edirlər. Əks osmosun tez-tez istifadə edildiyi su təmizləyici qurğularda xrom, civə, qurğuşun kimi zərərli maddələr çıxarılarkən, kalsium, kalium kimi zəruri mineralların 92-99 faizi xaric edilir.

Ümumdünya Səhiyyə Təşkilatı RO-nun mənfi təsirini bildirdi. Ümumdünya Səhiyyə Təşkilatı da müzakirə mövzusu olan su təmizləyici qurğular üçün nümunə tədqiqatları aparıb. Təşkilatın açıqlamasına görə, bu, heyvan və insan orqanizminə müəyyən mənfi təsir göstərir. İnsan sağlamlığına əks təsirlərini sübut edən vəziyyət kalsium və maqnezium səviyyəsindən qaynaqlanır. “Təmiz su”yun tərkibindəki mineral səviyyəsi bəziləri tərəfindən kafi hesab edilsə də, araşdırmalar “təmiz su”yun uzun müddət istifadəsi nəticəsində yaranan xəstəliklərə diqqət çəkir. Belə ki, su təmizləyicilər bədənin ehtiyac duyduğu əsas mineralları xaric edir. Su təmiləyicilər kalsium və maqnezium, civə, xrom, qurğuşun və arsen kimi maddələrin çıxarılmasında təsirli olsa da, RO sistemi ilə işləyən su təmizləyici qurğular ehtiyacımız olan mineralları xeyli azaldır. Bu da o deməkdir ki, bədən kifayət qədər mineral ala bilmirsə, digər qidalardan və ya mənbələrdən alınan minerallar sidiklə xaric olur. Həyati orqanlara ziyan vurur. Mineral çatışmazlığı hüceyrələrin öz tarazlığını qorumaq mexanizminə də təsir edir. Su hüceyrələrə adekvat şəkildə paylana bilməz. Sağlamlıq problemləri burada özünü göstərir. Yorğunluq, əzələ krampları və baş ağrısı təmiz su içdikdən sonra yarana biləcək ilk və yüngül problemlərdir.

Mineral balanssızlıq…

Böyrək funksiyalarının pozulması, hormonal dəyişikliklər, nevroloji xəstəliklər, ürək xəstəlikləri, hamiləlik zamanı bir sıra problemlər və vaxtından əvvəl doğuş kimi xəstəliklərin risk səviyyəsini artırır. Digər qidalardan aldığımız minerallardan daha tez udulan suyun tərkibindəki aşağı dəyərlər yüksək təzyiqə, kalsium çatışmazlığından sümük quruluşunun kövrəkləşməsinə, dəmir çatışmazlığı səbəbiylə qan əmələ gəlməsinin maneə törədilməsinə səbəb olur. Sağlam və şirin su üçün pH dəyəri yüksək olmalıdır. Su təmizləyiciləri suyun pH səviyyəsini aşağı salır. Standartlara görə suyun içməli olması üçün onun pH dəyəri 4,5 ilə 9,5 arasında olmalıdır. Təmizləmə cihazları ilə suyun tərkibindəki C02 dəyəri artır, pH dəyəri isə azalır. Bu, suyun daha turşulu olması deməkdir. Əgər içdiyiniz suyun pH dəyəri göstərilən diapazondan aşağıdırsa, onu içməmək tövsiyə olunur. Təmizləyici qurğular su xərclərinin artmasına səbəb olur.

Şimali Dakota Dövlət Universiteti su israfı məsələsinə diqqət çəkmək üçün araşdırma aparır. Bu araşdırma göstərir ki, gündə 2 gallon suyu təmizləyən cihaz 8-15 gallon tullantı suyu axıdır. Bu, orta hesabla 30 litrdən 56 litrə qədər su deməkdir. Qab-qacaq yumaq, yemək bişirmək, çay dəmləmək və digər gündəlik işlər üçün orta hesabla 12 gallon (45 litr) su istehlak edirsinizsə, suyun təmizlənməsi prosesinə sərf olunan su ilə hesablarınızın artması təəccüblü deyil. Təhlükəsiz və sağlam içməli suya çatmaq adekvat miqdarda su istehlak etmək qədər vacibdir. Mütəxəssislərin fikrincə, təmizləndikdən sonra əldə edilən belə su, demək olar ki, saf və ya distillə edilmiş sudur. Təmiz su sağlam və təbii demək deyil. Təmiz su soyutma sistemlərində, əczaçılıq istehsalında və avtomobil akkumulyatorlarında geniş istifadə olunur. Ancaq içməli su kimi uyğun deyil.

Təbiətdə heç bir canlı təmiz su istehlak etmir. Təmiz su istehlakı insanlar üçün sağlam olmayan bir seçimdir. deyir. Bu mövzuda yaşlılar və uşaqlar daha çox risk altındadır. Belə su, uşaqlarda böyümə geriliyinə və diş çürüklərinin artmasına səbəb olur. Eyni zamanda bu yaşlılarda Alzheimer və Parkinson kimi xəstəliklərə də səbəb ola biləcəyini vurğulayır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »