Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə millisi Ermənistan komandası ilə qarşılaşacaq...
Türkiyə millisi Ermənistan komandası ilə qarşılaşacaq...

2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin "D" qrupunun beşinci oyununda Türkiyə Milli Futbol Komandası öz meydanında Ermənistanla qarşılaşacaq.

Bizimyol.info xəbər verir ki, qrupunda 9 xalla lider olan Türkiyə Ermənistanı da məğlub edərək qruplarda rahatlaşmaq istəyir.

Qeyd edək ki, Futbol üzrə Milli Komanda Ermənistan yığmasını bu axşam Əskişəhərdə qəbul edəcək. Əskişəhər Yeni Stadionunda keçiriləcək qarşılaşma saat 21.45-də başlayacaq. Oyun Türkiyənin "TRT 1" canlı vasitəsi ilə yayımlanacaq.

Görüşü İtaliya Futbol Federasiyasından olan baş hakim Daniele Orsato idarə edəcək. Qarşılaşmanın hakim köməkçiləri Ciro Carbone və Alessandro Giallatini, dördüncü hakimi isə Antonio Rapuano olacaq.

Qrupun digər oyununda isə həmin gün Xorvatiya və Latviya yığmaları qarşılaşacaq. Görüş Türkiyə Ermənistanı oyunu ilə eyni vaxtda - 21:45-də başlayacaq.

Ay-ulduzlu komanda Ermənistan oyunu öncəsi 9 xalla qrupun liderdir. Bir oyun az keçirən Ermənistan 6 xalla ikinci yerdədir.

Qrupda iki oyun buraxan Xorvatiya ilə 4 oyun keçirmiş Uelsin hərəyə 4 xalı var. Sonuncu yerdə olan Latviyanın xalı yoxdur.

AVRO-2024-də iştirak edəcək 20 komandanın müəyyənləşəcəyi qrup mərhələsinə 16-21 noyabr 2023-cü il tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 10 qrupda ilk 2 yeri tutan komandalar AVRO-2024-də iştirak hüququ qazanacaqlar.

Türkiyə komandası heyəti:

Qapıçılar: Altay Bayındır (Mançester Yunayted), Mert Günok (Beşiktaş), Uğurcan Çakır (Trabzonspor)

Müdafiəçi: Onur Bulut (Beşiktaş), Zeki Çelik (Roma), Abdülkerim Bardakcı (Qalatasaray), Cenk Özkacar (Valensiya), Çağlar Söyüncü (Atletiko Madrid), Merih Demiral (Əl Əhli), Ozan Kabak (Hoffenheim), Kazımcan Karataş (Qalatasaray) ) ), Mert Muldur (Fənərbaxça)

Yarımmüdafiəçi: Cengiz Ünder (Fənərbaxça), Yusuf Sarı (Yukatel Adana Dəmirspor), Hakan Çalhanoğlu (İnter), İsmail Yüksek (Fənərbaxça), Orkun Kökçü (Benfika), Salih Özcan (Borussiya Dortmund), Salih Uçan (Beşiktaş), İrfan Can Kahveci (Fənərbaxça), Kerem Aktürkoğlu (Qalatasaray), Barış Alper Yılmaz (Qalatasaray), Bertuğ Yıldırım (Renn), Halil Dervişoğlu (Qalatasaray).

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »