Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan bəyanat və davranışlarına görə Rusiya tərəfindən ağır formada cəzalandırılacaq"
"Ermənistan bəyanat və davranışlarına görə Rusiya tərəfindən ağır formada cəzalandırılacaq"

Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərib. Bu da o deməkdir ki, Ermənistan Roma Statutuna qoşularsa, BCM-in çıxardığı qərarlar ölkə tərəfindən də icra olunacaq. Rusiya bu qərarın qəbuledilməz olduğunu bəyan etsə də, Ermənistan bu fikrincən daşınmayıb. Xüsusi vurğulamaq lazımdır ki, BCM Rusiya Prezidenti Vladimir Putini Ukrayna müharibəsinə görə, həbsinə qərar verib. Yəni Putin Ermənistana səfər etsə, Roma statusuna görə, həbs ediləcək.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ermənilərin Roma statusunu təsdiq etməyə cəhdləri, ratifikasiya üçün parlamentə göndərmələri artıq Rusiyanı da hərəkətə keçirib.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Rusiya dəfələrlə deyilib ki, ermənilərə çox da inanmaq olmaz, onlar həmişə, tarix boyu xəyanət yolu tutublar. Bir gün onlara həyat verən, onlara dövlət quran, onları həmişə dəstəkləyən Rusiyanın da nə vaxtsa üzünə ağ olmalı, xəyanət etməli idilər. Budur artıq bu proseslər başlayıb. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi bəyanatlarına görə, artıq bu proseslərə start verilib. Ermənistanın bu siyasətinə konkret Rusiya tərəfdən kəskin açıqlamalar gəlir”-deyən deputat hesab edir ki, bu proses davamlı olacaq.

Deputatın fikrincə, Rusiyanı qıcıqlandıran bu hərəkətlər, gedən proseslər onsuz da çətin durumda olan, başını itirmiş xarici siyasət həyata keçirən Ermənistanın durumunu daha da ağırlaşdıracaq. Rusiyanın Ermənistanla bağlı ssenariləri daha ağır ola bilər. Rusiya heç vaxt Ermənistanın bu xəyanətini bağışlamayacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »