Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin Ukraynaya verdiyi silahlar sadəcə lokal əks-hücum və müdafiə əməliyyatları keçirməyə yarayır"
"Qərbin Ukraynaya verdiyi silahlar sadəcə lokal əks-hücum və müdafiə əməliyyatları keçirməyə yarayır"

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 249 700 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi geopolitik qarşıdurmanın əsas mərkəzidir və dünya geosiyasi nizamının formalaşması həyata keçirilir. Politoloq hesab edir ki, Qərblə Rusiya arasında 20-ci əsrin 60-70-ci ildə formalaşan soyuq müharibə demək olar ki, 21-ci əsrdə hərbi müstəviyə keçdi. Hazırda isə, Qərb və Rusiya Ukraynada nüfuz uğrunda hərbi toqquşma aparır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Rusiyanın apardığı bu işğalçı siyasət, ilk növbədə Rusiyanın qonşularına qarşı aqresiyası, keçmiş SSRİ-ni bərpa etmək planının tərkib hissəsidir. Əlbəttə ki, Qərb buna müqavimət göstərməlidir və müqavimət göstərir”- deyən Məhəmməd Əsədullazadə hesab edir ki, bu müharibə davam edəcək və nə vaxt bitəcəyini də proqnozlaşdırmaq çətindir. Çünki Qərb Ukraynaya uzaqmənzilli ballistik raketləri, F-16 təyyarələri vermir. Ukraynaya elə silahlar verilir ki, bununla sadəcə lokal əks-hücum və müdafiə əməliyyatları həyata keçirilə bilər. Bu səbəbdən də, müharibənin nə qədər müddət davam edəcəyi ilə bağlı dəqiq proqnozlaş vermək olduqca çətindir.

“Hələ gələn ilə qədər müharibə davam edəcək. Əgər Qərb Ukraynaya F-16 lar, həmçinin uzaqmənzilli ballistik raketləri verərsə, müharibənin taleyi Ukraynanın leyhinə bir neçə aya həll oluna bilər”-deyə politoloq bildirib.

P.S. Xatırladaq ki, Rusiya-Ukrayna arasında savaş ötən ilin fevral ayının 24-də “xüsusi hərbi əməliyyat adı” ilə başlayıb. Bu, bir il müddətində Rusiyanın demək olar ki, bütün dünya ilə əlaqəsi kəsilib. Sayca çox az ölkənin Rusiya ilə münasibətləri davam edir.

Eyni zamanda müharibə səbəbilə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiyanı tamamilə iqtisadi baxımdan da gücdən salıb. Bəzi mənbələrin məlumatına görə, artıq Rusiyada əhaliyə özünümüdafiə üçün silah paylanılır. Bir neçə dəfə səfərbərlik elan edilib.

Görünən odur ki, Rusiya nə qədər gücən düşsə də "son nəfəs"ə qədər mübarizə aparacaq. Ukrayna isə, Rusiya və Qərb arasında sadəcə sözün əsl mənasında oyuncağa çevrilib.

Əslində, Qərbin Rusiya qorxusu hələ də davam edir. Belə olmasaydı, bu gün Ukrayna yüksək səviyyəli silahlarla təmin edilər və müharibə tezliklə yekunlaşardı. Hadisələrin gedişatı sübut edir ki, Qərbin istəyi Rusiyanın süqutu deyil, sadəcə Putin qarşısında mövcud güc nümayişidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »