Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün mətbuatımızda hansı çatışmazlıqlar var?
Bu gün mətbuatımızda hansı çatışmazlıqlar var?

Mətbuatın fikir azadlığı dediyimiz zaman ağlımıza azad, sözünü deməkdən çəkinməyən mətbuat gəlir. İndi özümüzə sual edək, mətbuat bu gün professional şəkildə sözünü deməyi bacarırmı?

Məncə yox. Səbəbləri müxtəlifdir. Birincisi odur ki, mətbuatımızda professionallıq azalmaqdadır. Hər gün müxtəlif saytlar yaradılır və bu saytlara qeyri-peşəkar jurnalistlər cəlb edilir. Bu jurnalistlər isə, yeni başladığı üçün əsas məqsəd nəsə yazmaq olur. Fikir azadlığı, açıq söz, hər şeyi olduğu kimi qələmə almaq və s. bu kimi şərtlər arxa plana atılır. İkinci problem mətbuatdan xəbəri olmayan şəxsləri özünü mətbuata jurnalist kimi "sırıması"dır. Mətbuatın “m” hərfindən xəbəri olmayan, iki cümləni yan-yana yığıb yazmağı bacarmayan, imzası olmayan, onu-bunu şantaj etməklə ad çıxaran, hətta "facebook" statuslarını belə kiməsə yazdıran və özünü media kapitanı adlandıran kifayət qədər qeyri-peşəkar və yaxud belə desək, “başqa” sahədə peşəkarlıq qazanmış şəxslər var ki, onların sayəsində də mətbuatın səviyyəsi düşür. İndi düşünək, belə şəxslərlə fikir azadlığından danışmaq mümkündürmü?

Bu gün mətbuatımızda hansı çatışmazlıqlar var?

Milli Məclisin deputatı Fazil Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, Azərbaycan mətbuatıyla bağlı çatışmazlığı indi söyləmək bir qədər çətinləşib. Buna səbəb isə, yazılı mətbuatın olmamasıdır.

Fazil Mustafa Fazil Mustafa

Deputatın fikrincə, informasiya çağında, xüsusilə saytlar üzərindən yazılan yazılar və hazırlanan araşdırmaların müəllifin pəşəkarlığına nə dərəcədə ekvivalent olduğunu müəyyənləşdirmək xeyli çətinlik yaradır. Buna səbəb isə, mətnləri köçürmə, hansısa mənbələrdən alıb yerləşdirmə, kompüterdə nələrisə dəyişmə ənənəsinin özünü daha çox göstərməsidir. Bu səbəbdən də peşəkarlığı müəyyən etmək çətinləşir.

Fazil Musataf qeyd edib ki, məhz buna görə də, mətbuatın səviyyəsi əslində yazılı media ilə müqayisədə daha aşağıdır.

“Yazılı mediada daha peşəkar jurnalist formalaşmasına, sözlə oynamağı bacaran və sözün dəyərini bilən, cümlə quruluşu düzgün olan, korrektə ehtiyacı duyulmayan mətnlərlə qarşılaşırsan. Belə mətnlər olduqca problem yaradır, qıtlıqdır”-deyən deputat vurğulayıb ki, hətta o müsahibə verdiyi zaman verilən müsahibələrdə bir çox elementar sözlərin yanlış yazıldığına şahid olur. Mənaca yanlış yazıldığını görür.

Fazil Mustafa hesab edir ki, müəllifin və ya jurnalistin bunu düzəltməməsi sadəcə bilgisizlikdən irəli gəlməkdən başqa bir şey deyil. Çünki bu kimi məsələlərdə mətni oxuyan və yaxud da elementar bilik sahibi olan insan üçün burada çətinlik yaradan məsələ olmamalıdır.

Deputatın fikrincə, yazılı medianın yoxa çıxması mətbuatın kefiyyətini xeyli aşağı salıb.

“Məsələyə həmin konteksdən yanaşılsa daha doğru izah vermə mümkündür. Bütün hallarda biz bu kimi məsələlərdə medianın daha çevik bir vasitəyə çevrilməsini təkcə informasiya sahəsində yox, analitik yazı sahəsində qiymətləndirməliyik. Məsələn, rusdilli media demək olar ki, sıradan çıxıb. Eynulla Fətullayev istisna olmaqla, hər hansı şəkildə bu prosesi tənzimləmək imkanına sahib olan media problemi ortada qalmaqdadır. Bu kimi çətinliklərlə üzləşmək, medianın özü üçün də əslində müəyyən keyfiyyətin aşağı düşməsinə səbəb olan amillərə çevrilir”-deyə deputat vurğulayıb.

Deputat daha çox yaxşı təhsil almış media quruluşlarının olmasına üstünlük verir. Onun fikrincə, media potensial kadrlarla zənginləşməlidir…

“Ciddi şəkildə kadr problemi də var. Kadr hazırlamaq, yetişdirmək özü də əsas çətinliklərdən biridir”-deyə Fazil Mustafa əlavə edib.

Deputat deyir ki, bütün bu istiqamətlərdə insanlar məsələlərin həllinə daha çox mediaya, informasiya güvənmə prizmasından yanaşırlar. Belə olan vəziyyətdə də, saytların güvənliliyi blogerlərin güvənliliyindən daha az olur. Bu isə, mediaya güvəni bir qədər azaldır.

“Media ilə təmasda olan siyasətçi kimi mən bir çox hallarda bu imkanların doğru dəyərləndirilməsinin tərəfdarıyam. Hesab edirəm ki, mediada potensilını kəşf etmək, ortaya çıxartmaq lazımdır. Çünki bu potensial ortaya çıxmasa, daha çox savadlı, hazırlıqlı və hərtərəfli bilgiyə sahib olan kadrların olmaması həmişə özünü bir narahatedici amil kimi göstərəcək”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »