Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xocalı faciəsinə susan beynəlxalq aləm indi Ermənistan üzərindən “ədalət” axtarır"
“Xocalı faciəsinə susan beynəlxalq aləm indi Ermənistan üzərindən “ədalət” axtarır"

Avropa Komissiyasının Azərbaycanla bağlı altıncı hesabatında Azərbaycana qarşı qərəzli fikirlər səsləndirilib. Bu barədə Ermənistan mətbuatı yazır. Hesabatda deyilir ki, “Azərbaycan irqçi stereotipləri və nifrət nitqini təbliğ edən dildən istifadə etməkdə davam edir.

Siyasətçilərin, o cümlədən ən yüksək siyasi səviyyədə ictimai müzakirələr və bəyanatlar Ermənistana qarşı qızışdırıcı ritorikanın istifadəsi və həm ənənəvi, həm də sosial mediada nifrət dolu məzmunun geniş yayılması müşahidə edilir”. Sənəddə bildirilir ki, hətta məktəb dərsliklərində ermənilərə qarşı ayrı-seçkilik təbliğ olunur. Eyni zamanda 2020-ci il 44 günlük müharibədən sonra Bakıda açılan Zəfər Parkından da söz açılıb.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaqları dünyaya gələndə ilk dəfə onlara “sənin düşmənin türkdür” deyən bir xalqın belə sənədin qəbul edilməsinə cəhd etməsi və Avropa Komissiyası tərəfindən də belə bir sənədin qəbul edilməsi absurddur, qərəzlidir.

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

“Azərbaycanda belə bir deyim var: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Açığı belə bir sənədin qəbul olunması məni təəccübləndirmir. Çünki son 30 ildə yəni Qarabağ münaqişəsi olduğu zaman beynəlxalq qurumların, beynəlxalq aləmin iki standartlarda çıxış etməsinə dəfələrlə şahidi olmuşuq. Bu səbəbdən də, bu komissiyanın da belə bir bəyanat qəbul etməsinə təəccüblənmək lazım deyil. Biz yolumuza davam etməliyik. Ermənilərin bundan sonra da belə sənədlərin qəbul edilməsi üçün cəhdlərinin şahidi olacağıq. Təbii ki, bunun da qarşısında sakit dayanmaq lazım deyil. Alternativ sənədlərin qəbuluna da biz çalışmalıyıq”-deyə şərhçi qeyd edib.

Sənədin qərəzli olduğunu vurğulayan Cavanşir Abbaslı bildirib ki, Azərbaycanın sübut kimi ortaya qoya biləcəyi “Xocalı faciəsi” kimi bir faciə var.

“Nədənsə Xocalı faciəsinə susan beynəlxalq aləm indi Ermənistan üzərindən “ədalət” axtarmağa çalışır. Bununla bağlı da Azərbaycana təzyiq xarakterli belə qərarlar qəbul edir. Belə qərarların heç bir əhəmiyyəti yoxdur. Biz belə qərarların heç bir əhəmiyyətinin olmadığını Vətən müharibəsində göstərdik. Haqqımız olan torpaqlarımızı düşməni əzə-əzə geri qaytardıq və artıq orada möhkəmlənməklə məşğuluq. Yolumuza da belə sənədlərər fikir vermədən davam etməliyik. Erməni xislətidir, bundan artıq nə gözləmək olar?”-deyə Cavanşir Abbaslı vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »