Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan 1975-ci il xəritələri ilə delimitasiyanı qəbul edibmi?
Azərbaycan 1975-ci il xəritələri ilə delimitasiyanı qəbul edibmi?

“Paşinyanın 1975-ci il xəritələri ilə delimitasiya və demarkasiya aparılmasıyla bağlı səsləndirdiyi iddialar, Azərbaycan tərəfinin bununla razılaşması fikri kökündən yanlış məlumatdır. Paşinyanın bu açıqlaması erməni cəmiyyətinə hesablanmış bir açıqlama kimi dəyərləndirilə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov danışıb. Politoloq hazırda ermənilərdə olan Azərbaycan kəndləri barəsində də danışıb. O, qeyd edib ki, ermənilərdə olan 8 kəndin 7-si Qazax rayonunun kəndləridir. İndi həmin kəndlər Ermənistan ərazisində anklav vəziyyətində qalıb.

Samir Hümbətov Samir Hümbətov

Samir Hümbətov qeyd edib ki, hazırda həmin kəndlərin geri qaytarılması məsələsi gündəmdədir. Bununla bağlı müxtəlif fikirlər səsləndirilməkdədir.

“Bu kəndlər Bağanis-Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara və Qızılhacılı kəndləridir. Eyni zamanda bildiyimiz kimi Naxçıvanın Kərki kəndidir ki, bu ərazi də hələ ki Ermənistanın işğalı altındadır. Və bu kəndlərin qaytarılması məsələsi ciddi müzakirə olunur. Yaxın vaxtlarda bununla bağlıda qərar veriləcəyini düşünürəm”-deyə politoloq qeyd edib. Onun sözlərinə görə, bəzən Ermənistan tərəfi iddia edir ki, biz “3 tərəfli” bəyənnamənin şərtlərini icra etmirik. Ermənistan özü də “3 tərəfli” bəyannamənin şərtlərini icra etmir. Sülh müqaviləsinin imzalanması məsələsinə gəldikdə isə, politoloq bildirib ki, bunun üçün bütün detallar müzakirə olunmalı və nəticə ortaya qoyulmalıdır.

“Məsələn belə deyək, Azərbaycan əgər Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına Ermənistanla hərəkətə və yaxud əlaqəyə imkan yaradırsa, deməli, Azərbaycanın da Naxçıvanla əlaqəsi formalaşdırılmalıdır. Bunun üçün də həm dəmir yolu xətti, həm şose yolu açılmalıdır. Bütün bu kommunikasiyalar açılmalıdır”- deyə Samir Hümbətov qeyd edib.

Politoloq bildirib ki, sərhədlərin əsas delimitasiya və demarkasiya işləri ordumuz tərəfindən aparılıb. Sadəcə bunu qanuniləşdirmək və sərhədlərin tam şəkildə müəyyənləşdirilməsini həyata keçirib, xəritəyə salınmasını komissiyalar həyata keçirəcəklər.

“Anklavların qaytarılması məsələsi çox önəmlidir. Bu ərazilər 90-ci illərin əvvəllərində müharibə zamanı işğal olunub. Həmin ərazilər qaytarılmalıdır. Əgər bunu edəcəklərsə, deməli Ermənistanın sülhlə bağlı fikirləri olduğunu görmüş olacağıq. Etməsələr, məlum olacaq ki, Ermənistanın bu günə qədər apardığı danışıqlar imitasiya xarekteri daşıyıb”-deyə politoloq vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Kişinyov görüşü zamanı Azərbaycanla razılığın 1975-ci il xəritələrinə uyğun olaraq əldə edildiyini bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »