Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa özünün ermənipərəst mövqeyi daşımağa davam edir və bu gün də bu mövqeyi nümayiş etdirir"
"Fransa özünün ermənipərəst mövqeyi daşımağa davam edir və bu gün də bu mövqeyi nümayiş etdirir"

Bugün - iyunun 1-i Avropa Siyasi İcmasının Kişinyov şəhərində keçiriləcək növbəti görüşündə Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə görüşləri planlaşdırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil.

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sülhün əmin-amanlığın dialoqunun tərəfdarıdır. Və buna görə də hər bir görüşə getməyə hazırdır. Çünki bütün münaqişələr sonda danışıqlar, sülh yoluyla həll olunub. Azərbaycan Respublikasının prezidenti də özünün bütün çıxışlarında qeyd edir ki, “mən hər hansı bir danışıqlara getmək fikrindəyəm” və bundan imtina olunmur. Ancaq bu danışıqlar Azərbaycanın milli maraqlarına cavab verməlidir. Və qəbul olunmuş norma və prinsiplər əsasında həyata keçirilməlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, buna görə də Fransanın prezidenti Makronla Almanya kansleri Şoltsun da olduğu görüşlər yaxşı heç nə vəd etməsə də, cənab prezident yenə də bu görüşə getməyi düşünür. Çünkü hər iki dövlət, xüsusilə Fransa özünün ermənipərəst mövqeyi ilə daimi olaraq fərqlənib və bu gündə bu mövqeyi nümayiş etdirir. O, bir mənalı olaraq ermənilərin tərəfindədir və Ermənistanın vəkili rolunda çıxış edir.

Tahir Rzayev Tahir Rzayev

“Ancaq buna baxmayaraq, danışıqlar masası arxasında ölkəmizin rəhbəri özünün fikirlərini mövqeyini ortaya qoyur və öz mövqeyini prinsipial müdafiə edə bilir. Burada görüş baş tutsa da, tutmasa da yenə də Azərbaycan prezidenti öz mövqeyində qalacaq. Bu mövqe Azərbaycanın müstəqilliyinin milli maraqlarını təmin olunması, onun sərhədlərinin bütövlüyü, silahlı separatçı qruplaşmaların Azərbaycan ərazisindən çıxarılması və sülhə imza atılmasıdır”-deyə deputat bildirib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Brüssel görüşlərində, Şarl Mişellə görüşlərdə, digər Rusiya ilə görüşlərdə aydın bir məqsəd kimi qarşıya qoyulub və bu prinsiplər gözlənilməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »