Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın əks-hücuma hazırlaşması özünü döyüş səhnəsində göstərir"
"Ukraynanın əks-hücuma hazırlaşması özünü döyüş səhnəsində göstərir"

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 54 "Shahed" tipli pilotsuz uçuş aparatı ilə Ukrayna ərazisinə hücum təşkil etdiyini və bunun bugünə qədərki ən böyük PUA hücumu olduğunu açıqlayıb. Məlumata görə, 54 PUA məhv edilib.

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi artıq yenidən öz aktiv fazasına daxil olur və belə görünür ki, Rusiya tərəfi bütün gücünü səfərbər edib.

İlyas Hüseynov İlyas Hüseynzadə

““Vaqner” qruplaşmasının Baxmut ətrafında irəliləyişi, hücumun qarşısının alınması, Ukrayna tərəfinin əks-hücuma hazırlaşması, eyni zamanda Zelenskiyə Qərb tərəfindən verilən vədlər bu gün artıq özünü döyüş səhnəsində də nümayiş etdirir. Rusiya tərəfi artıq Bryansk bölgəsindən və Krasnodar vilayətindən 54 İran istehsalı olan “SHAHED” PUA-ları vasitəsi ilə Kiyevin mülki və infrastruktur obyektlərinin məhv edilməsi əməliyyatını həyata keçirdib və Ukrayna tərəfinin bildirdiyinə görə, 52 PUA məhv edilib.

Eyni zamanda biz İran istehsalı olan PUA-ların o qədər də effektiv olmadığını və Ukrayna silahlı qüvvələrinin hava hücumuna müdafiə sistemlərinin onları rahatlıqla məhv etdiyini görürük. Lakin ilkin dövrlərdə vəziyyət təmamilə fərqli idi. İran PUA-ları demək olar ki, Ukraynada hədəflərinə çatırdı. Lakin bu gün məhz qərbin hava hücum sistemlərini Ukraynaya tədarük etməsi nəticəsində Ukrayna öz hava məkanını qoruyur və zəruri kritik infrastruktur lahiyələrinin də müdafiəsi həyata keçirilir”-deyən İlyas Hüseynovun fikrincə, Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək. Onun sözlərinə görə, Çinin Kiev və Moskva arasında vasitəçilik imkanları artıq tükənir. Proses isə ləngiyir.

Politoloqun fikrincə, Türkiyədə prezident seçkilərində qələbə qazanan Rəcəb Tayyib Ərdoğan qarşıdakı dövrdə effektiv şəkildə vasitəçilik təkliflərini irəli sürəcək. Və belə görünür ki, yalnız Ərdoğan bu müharibənin sülh yolu ilə, dinc yolla həll etmək iqtidarındadır. Kənar qüvvələr ya bunu istəmir, ya da buna gücü çatmır. Türkiyə tərəfi isə məhs prezident Ərdoğanın prinsipiallığı və siyasi qətiyyəti sayəsində bu məsələni həll etmək gücündədir.

“Əsirlərin mübadiləsi, taxıl dəhlizinin işə düşməsi və digər uğurlu nümunələr artıq bunu təsdiqləyir. Müharibənin artıq uzun müddətdir ki, davam etməsi regional və qlobal müstəvidə iqtisadiyyata mənfi təsir göstərir. Milli valyutalar zəifləyir və tədarük zənciri qırılır. Nəticə artıq bundan milyonlarla insan əziyyət çəkir”-deyə politoloq vurğulayıb.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »