Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Volqoqradda Quranı yandıran Qroznıdakı istintaq təcridxanasına göndərilib
Volqoqradda Quranı yandıran Qroznıdakı istintaq təcridxanasına göndərilib

Quranı yandırdığına görə saxlanılan Volqoqrad sakini Nikita Juravel şənbə günü Qroznıdakı istintaq təcridxanasına aparılıb.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, rayon sakinləri istintaq təcridxanasının qarşısında toplaşaraq müqəddəs kitabın yandırılmasına etirazlarını bildiriblər.

Onların əllərində olan: “Mən Quranı sevirəm”, “Qurandan əllərinizi çəkin”, “Dinimizi müdafiə edəcəyik” sözləri yazılmış plakatlar nümaiş etdiriblər.

“Quran hər bir müsəlman üçün həyatdır, ona görə də bölgə əhalisi möminlərin hisslərinə edilən hücumlara etiraz etmək üçün buraya gəlib. Təhlükəsizlik 100% hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təmin edilir, saxlanılan şəxsin hüquqlarının pozulmasından narahat olmağa dəyməz. Hər şey qanun çərçivəsində həyata keçiriləcək”, - deyə mətbuata Çeçenistan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Mansur Soltaev bildirib.

Daha əvvəl bildirilmişdi ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş (cəmiyyətə açıq-aşkar ləyaqətsizlik ifadə edən və dindarların ehtiqdlarına hörmətsizlik və təhqir edən ictimai hərəkətlər) cinayəti törətməkdə şübhəli bilinən Nikita Juravel barəsində cinayət işi başlanıb. Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə istintaq idarəsi əlavə araşdırma üçün Rusiyanın Çeçenistan Respublikası üzrə İstintaq İdarəsinə təhvil verilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »