Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu sui-qəsd qorxuya düşən İranın və uzantılarının çarəsizliyini göstərir"
"Bu sui-qəsd qorxuya düşən İranın və uzantılarının çarəsizliyini göstərir"

“Əhməd Obalı Günaz TV-nin fəaliyyət göstərdiyi illər ərzində dəfələrlə İran və ona bağlı radikal pan-farsist dairələr tərəfindən təhqir, şantaj və hədə-qorxu aktlarına məruz qalmışdı. Xüsusilə, Güney Azərbaycan milli dövlətçilik şurasının elan olunmasından sonra rejimə və pan-farsist dairələrə məxsus sosial şəbəkə və informasiya kanallarında milli dövlətçilik şurasının və başda Əhməd Obalı olmaqla milli dövlətçilik şurasının rəhbərliyinin açıq hədəfə çevrildiyinin şahidi olduq”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Çingiz Göytürk danışıb. Göytürk qeyd edib ki, hətta fiziki hücum təhdidləri sovurmaqdan çəkinmirdilər. Bu da şounist fars dairələrinin Azərbaycan milli hərəkatının inkişaf prosesindən və onun nümayəndələrinin fəaliyyətindən, xüsusilə də Əhməd Obalının mübarizəsindən duyduğu təşvişin və düşdüyü çarəsizliyin açıq təzahürü idi.

Çingiz Göytürk Çingiz Göytürk

Çingiz Göytürk bildirib ki, Əhməd Obalı və ailəsinə qarşı edilən sui-qəsd şübhəsiz planlaşdırılmış terror aktıdır və bu terror aktının arxasında Əhməd Obalının uzun illərdir apardığı milli siyasi mübarizədən və onun nəticələrindən qorxuya düşən İran və onun radikal millətçi pan-farsist uzantıları vardır.

Xatırladaq ki, bir müddət əvvəl Güney Azərbaycan Milli Dövlətçilik Şurası (bundan sonra MDŞ) yaradılmışdı. Şuranın 12 Dekabr 2022-ci il Milli Dövlətçilik günündə elan olunmasını qərarlaşdırılsa da, ümummilli mənafe nəzərə alınaraq, təşəbbüs qrupu milli hərəkatda gərəksiz rəqabətə yol verməmək məqsədilə MDŞ-nin həmin tarixdə elan olunmasını təxirə salmışdı. Təşəbbüs qrupu Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis toplantısının 30 aprel 2023-cü il tarixdə keçirilməsini qərarlaşdırmışdı. Güney Azərbaycan Milli Dövlətçilik Şurasının özünə məxsus prinsipləri var. MDŞ azərbaycançılıq prinsipinə dayanır, Azərbaycanı Vətən sayır və ərazi bütövlüyünü toxunulmaz hesab edir. MDŞ, uğrunda savaşdığı hədəf və idealları Güney Azərbaycanın Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Həmədan və Qəzvin ostanları ilə yanaşı, müxtəlif dövrlərdə inzibati-coğrafi dəyişikliklər nəticəsində başqa ostanlara bölüşdürülmüş tarixi milli Azərbaycan ərazisində gerçəkləşdirmək istəyir.

P.S. Bəlkə də elə bundan sonra molla-fars rejiminin hədəfləri müəyyən oldu. Əhməd Obalı və ailəsinə qarşı törədilən bu hadisə, sözün əsl mənasında terror hadisəsidir və İran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımıdır.

Qeyd edək ki, ötən gün GünAz TV-nin rəhbəri və qurucusu, güneyli mühacir Əhməd Obalı və oğluna hücum olub. Obalı xəstəxanaya yerləşdirilib. Hücum 6 nəfər tərəfindən həyata keçirilib. Həmin şəxslər ABŞ polisi tərəfindən saxalınılıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »