Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Afrika ölkələrinin sülh missiyasını qəbul edəcək
Zelenski Afrika ölkələrinin sülh missiyasını qəbul edəcək

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində Afrika dövlətlərinin sülh missiyasını qəbul etməyə və onların təkliflərini dinləməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

"Ukrayna prezidenti belə bir sülh təşəbbüsünü alqışlayır. Vladimir Zelenski Ukraynaya süh missiyası ilə gələcək hörmətli qonaqları qəbul etməyə və onların təkliflərini dinləməyə hazırdır", - deyə Nikiforov "RBC-Ukrayna"ya şərhində bildirib.

Administrasiyanın sözçüsü bildirib ki, Zelenski ilə Cənubi Afrika prezidenti Siril Ramaposa arasında söhbət mayın 13-də baş tutub. Söhbət zamanı Cənubi Afrika Prezidenti Zelenskiyə bir sıra Afrika ölkələrinin birgə missiyası çərçivəsində Ukraynaya səfər etmək niyyətində olması barədə məlumat verib.

Nikiforov həmçinin əlavə edib ki, Zelenski missiyanı Ukraynanın “sülh formulu”nun həyata keçirilməsinə qoşulmağa dəvət edəcək.

Ramaposa çərşənbə axşamı bildirib ki, Rusiya və Ukrayna hakimiyyəti münaqişənin sülh yolu ilə həllini tapmaq üçün Afrika ölkələrindən ibarət nümayəndə heyətini qəbul etməyə razılaşıb. Ramaposa bilsirib ki, missiya altı Afrika ölkəsini - Misir, Zambiya, Konqo Respublikası, Seneqal, Uqanda və Cənubi Afrika təmsil edirdi.

Öz növbəsində, Cənubi Afrika Respublikasının Xarici İşlər və Əməkdaşlıq Naziri Naledi Pandor çərşənbə günü bildirib ki, Moskva və Kiyevə gedən nümayəndə heyətinə bu altı Afrika ölkəsinin hamısının prezidenti daxildir.

Cənubi Afrika Xarici İşlər Nazirliyinin baş direktoru Zane Danqor bildirib ki, Afrika missiyasının Ukrayna böhranının həlli yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfəri iyunun əvvəlinə planlaşdırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »