Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və İran Rəşt-Astara dəmir yolunun bir hissəsini birgə inşaa edəcəklər
Rusiya və İran Rəşt-Astara dəmir yolunun bir hissəsini birgə inşaa edəcəklər

İranın Rəşt-Astara dəmir yolu müəyyən hissəsi Rusiya ilə birgə tikiləcək.

Bizimyol.info xəbər verir ki, belə bir sazişi çərşənbə günü iki ölkənin nümayəndələri - Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıblar.

Mərasimə prezidentlər Vladimir Putin və İbrahim Rəisi qatılıblar. Putin tədbitdə videobağlantı vasitəsilə iştirak edib. Rusiya tərəfdən İranda işgüzar səfərdə olan baş nazirin müavini Aleksandr Novak da sazişin imzalanması mərasininə qatılıb.

Sənədə əsasən, Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirəcək. Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirmək lazımdır ki, bu da transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt - Astara xətti Moskva və Tehranın, Astara (İran şəhəri) - Astara (Azərbaycan şəhəri) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə tikiləcək.

Putin daha əvvəl qeyd edib ki, bu layihə təkcə Rusiya və İran üçün deyil, həm də dünya ticarətinin bütün iştirakçıları üçün maraqlıdır, çünki logistika baxımından bu, Süveyş kanalı və Qara dəniz boğazlarına əhəmiyyətli əlavədir. Rusiya prezidentinin sözlərinə görə, belə bir qərar marşrutun qiymətini azaldır və deməli, daşınan malların son qiyməti də aşağı olacaq.

Mart ayında Rusiya Dəmir Yolları rəhbərinin birinci müavini Sergey Pavlov bildirmişdi ki, tikintinin smeta dəyəri 1,6 milyard dollar qiymətləndirilir. İranın layihə qərarlarına əsasən, Rəşt-Astara hissəsinin tikintisi dörd il çəkəcək. Bununla belə, Pavlov müddətin azaldılmasını istisna etməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »