Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kofe yuxu ehtiyacının qarşısını həqiqətən alırmı?
Kofe yuxu ehtiyacının qarşısını həqiqətən alırmı?

Alman alimləri qəhvənin yuxu rejiminə və zehnə təsirini müşahidə etmək üçün yeni bir araşdırma aparıblar. 26 fərqli könüllünün qatıldığı bu araşdırmada qəhvənin yalnız məhdud bir zamanda enerji verdiyi, kofeinin də heç bir şəkildə yuxu ehtiyacının qarşısını ala bilmədiyi ortaya çıxıb.

Yorğun bir gecədən sonra səhər tezdən müraciət edəcəyimiz ilk üsul adətən qəhvə içməkdir. Qəhvənin insan şüuruna müsbət təsiri məlum idi, lakin yuxunu da qaçırdığına inanılırdı.

Tədqiqatlara görə, qəhvə həqiqətən də insanların daha səmərəli işləməsinə səbəb olur, lakin o, yuxu ehtiyacını ödəmir. Araşdırma 5 gecə davam edib və hər bir iştirakçıya gündə yalnız 5 saat yatmağa icazə verilib. Namizədlərin yarısına kofeinli, yarısına isə kofeinsiz qəhvə verilib. Məlum olub ki, gün ərzində kofeinli qəhvə qəbul edən insanlar içməyənlərə nisbətən daha yaxşı performans göstərirlər. Yalnız 5 saat məhdud vaxtda yata bilən iştirakçılar ilk günlər qəhvənin təsiri ilə enerjili hiss etsələr də, son günlərə doğru yorğun olduqlarını bildiriblər. Təcrübənin sonuna yaxın hər iki qrupdan olan iştirakçıların fiziki və koqnitiv performansları arasında heç bir fərq olmayıb. Kofeinli qəhvə istehlak edən iştirakçılar, zehni olaraq daha yaxşı performans göstərsələr də, kofeinsiz qəhvə qəbul edənlər kimi ilk gündən yuxusuzluq hiss etdiklərini bildiriblər. Bu, isə,qəhvənin yalnız qısa müddət təsir etdiyini və fiziki enerji artımına səbəb olmadığını ortaya qoyub.

Tədqiqatçılar bildiriblər ki, insanlar yuxu ehtiyaclarını ödəmək üçün qəhvə istehlak etməməlidirlər. Sağlam yuxu rejimi həmişə ən yaxşıdır.

Alimlərin fikrincə, yuxu pozuntusu çəki artımı və yüksək stress kimi bəzi sağlamlıq problemlərinə səbəb olur. Alimlər qeyd edib ki, yetkin insanlar hər gün eyni saatda yatıb, oyanmalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »