Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda çox insana yardım etmək istərdik" - Video
"Qarabağda çox insana yardım etmək istərdik" - Video

“Dərnəyimiz 2011-ci ildə Türk milliyətçiləri tərəfindən yaradıldı. 12 ildir ki, müxtəlif sahələrdə çalışırıq. Bizim əsas fəaliyyətimiz Türklərin, soydaşlarımızın yaşadığı müharibə bölgələrinə həm humanitar yardım etmək, həm də təhsil fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Bu çərçivədə biz Qarabağ müharibəsi zamanı Azərbaycanda da müəyyən fəaliyyətlər həyata keçirdik. Ora da gəlmişdik. Bu gün Suriya və İraqda fəaliyyət göstəririk. Suriyada bir mədəniyyət evimiz var. Eyni zamanda Türkiyə daxilində də çalışırıq. Ətraf mühit və axtarış-xilasetmə fəaiyyətləri və s. həyata keçiririk”...

Bu barədə Bizimyol.info xəbər portalına “Kurt-ar” Beynəlxalq Humanitar Yardım Dərnəyinin başqanı Çağrı Koçyiğit danışıb. O, qeyd edib ki, fevralın 6-da “əsrin fəlakəti” olaraq, adlandırılan zəlzələ zamanı da axtarış-xilasetmə qrupları 14 gün müddətində xilasetmə işləri ilə məşğul olub. Eyni zamanda zəlzələdən zərər görənlərə yardımlar göstərilib.

Çağrı Koçyiğitin sözlərinə görə Azərbaycanda olduqlaır zamanı bir qazi üçün iş yeri açılmasında böyük yardımlar ediblər.

“Bir qazimizə iş yeri açdıq. Qazimiz Birinci Qarabağ savaşınının qazisidir. Dərziliklə məşğul olurdu. Sıxıntıları var idi. Burada topladığımız vəsaitlərlə ona bir mağaza açdıq. Ona dedik ki, səninlə biz ortağıq. Qazandığın pulun yarısı sənin, yarısı dərnəyin olsun. Və dedik ki, bizə düşən pulu hər ay orada ehtiyac sahiblərinə paylayacaqsan. Bunun da şəkillərini çəkib bizə göndərəcəksən. Və 5 il sonra istəsən bizim sənə ayırdığımız vəsaiti göndərib, mağazaya tamamilə sahib ola bilərsən. Hazırda onun bir ili qalıb. Yardımlar etməyə davam edir, öz ailəsini də dolandıra bilir. Biz Qarabağda bunu çox insana etmək istərdik. Hələ ki, bir nəfərə belə yardım edə bilmişik”-deyə Çağrı Koçyiğit bildirib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »