Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atatürkdən günümüzə qədər istifadə edilən "bozqurd"ları bir araya gətirdik" - Video
"Atatürkdən günümüzə qədər istifadə edilən "bozqurd"ları bir araya gətirdik" - Video

Ötən gün Türk Tarix və Mədəniyyət Vəqfinin təşkilatçılığı ilə “Logolarda Bozkurt” sərgisi keçirildi.

Vəqfin rəhbəri Nizaməddin Aykurt Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vəqf Türk dünyası ilə bağlı mədəni fəaliyyətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən loqoların toplanmasına bir il yarım zaman sərf edilib.

“Qazi Mustafa Atatürk Türkiyə Cümhuriyyətini yaratdığı gündən etibarən 1990-cı illərə qədər Türkiyədə rəsmi qurumlarda və özəl sektorda istifadə edilən bozqurd loqosunu bir araya gətirmək və xalqa tanıtmaq istədik. Atatürk Türkiyə Cümhuriyyətini yaratdığı zaman ümmətdən millətə keçmə dönəmində bozqurdu Türk dövlətinə və Türk Millətinə bir simvol olaraq almışdı. Bunu xalqa daha çox tanıtmaq üçün xalqın daha çox istifadə etdiyi pullar, etiketlər və s. yerlərdə bozqurd loqosunu istifadə etmişdi. Hətta bozqurd loqosunun dövlət gerbi olması üçün fəaliyyətlər həyata keçirilmişdi. Biz bunları tarixi süzgəcdən toplayaraq, Atatürkdən günümüzə qədər istifadə edilən "bozqurd"ları bir araya gətirdik”-deyə Nizaməddin Aykurt danışıb.

Sərgidə ictimai fəallar və media nümayəndələri iştirak edirdilər.

Sərgidə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »