Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"15 iyul sonrası qurulan prezidentlik sistemi və Cumhur İttifaqı ilə Qarabağ xilas oldu" - Video
"15 iyul sonrası qurulan prezidentlik sistemi və Cumhur İttifaqı ilə Qarabağ xilas oldu" - Video

Türkiyənin taleyini müəyyən edəcək 2023-cü il seçkilərinə sayılı günlər qalıb. Səsvermə Türkiyə daxilində saat 08:00-17:00 arasında keçiriləcək. YSK 36 siyasi partiyanın seçkidə iştirak hüququna malik olduğunu müəyyən edib. Bəzi siyasi partiyalar seçkilərə “Cumhur”, “Millət”, “Ata” və “Əmək və Azadlıq” ittifaqları adı ilə girməyə qərar verib. YSK-nın Rəsmi Qəzetdə dərc olunan yekun namizəd siyahısına görə, seçkidə 4 namizəd yarışacaq. Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Vətən Partiyasının sədri Məhərrəm İncə və Sinan Oğan prezidentliyə namizəd olaraq seçkiyə girəcəklər. YSK-da keçirilən püşkatmaya əsasən, bülletendə Ərdoğan 1-ci, İncə 2-ci, Kılıçdaroğlu 3-cü, Oğan isə 4-cü yerdə olacaq.

  • Türkiyədə prezident seçkilərinin nəticələri necə olacaq?

“Bilirsiniz ki, Türkiyədə iyulun 15-də xain bir çevrilişə cəhd edildi. Türkiyə Cumhuriyyətini bu coğrafiyada quran iradə xalqın iradəsini ortaya çıxardı. Türkiyəni orta şərq bataqlığına sürükləmək istəyən dövlətlər, Cumhuriyyət iradəsinə qarşı çıxdıqları zaman demokratiyamıza zərbə vurdular. 15 iyul da bunlardan biri idi”...

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. O, qeyd edib ki, 15 iyuldan sonra Türkiyədə tamamilə fərqli bir siyasi iqlim yaranıb. Bundan əvvəlki seçkidə bir-birinə qarşı hər cür siyasi təbliğat aparan iradələr demokratiyaya və iqtidara sahib çıxmaq fəlsəfəsi ilə iki qütb yaratdılar.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

“Biri Cumhur İttifaqıdır. Cumhur İttifaqını yaradan idarə 15 iyuldur. Xain çevriliş gecəsində Milliyətçi Hərakat Partiyası ilə AK partiya və daha sonra isə Bpyük Birlik Partiyası bir iradə yaratdılar. Bu iradə qarşısında müxalif demokratiyaya uyğun olaraq bir qütb olmalı idi. Və yaradıldı”-deyən Düzgün qeyd edir ki, Türkiyənin siyasi iqlimini 15 iyuldan öncə və sonra olaraq dəyərləndirsək, 15 iyuldan sonra qurulan prezidentlik sistemi və Cumhur İttifaqı ilə Qarabağ xilas oldu. Şimali Kipr Türk Cumhuriyyəti “Mavi Vətən” elan edildi.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »