Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 541 nəfər müalicə olunaraq sağalıb, 10 080 nəfər vəfat edib, aktiv xəstə sayı 226 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 413, hazırkı dövrədək isə 7 481 325 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »