Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynaya və müttəfiqlərinə qarşı kiberhücumlarını gücləndirəcək - Vaxt bəlli olub
Rusiya Ukraynaya və müttəfiqlərinə qarşı kiberhücumlarını gücləndirəcək - Vaxt bəlli olub

Rusiya Ukraynaya hərbi və siyasi dəstək mənbələrinə təzyiq göstərmək üçün kiberhücumlarını gücləndirəcək .

Bizimyol.info Bloomberg-ə istinadən xəbər verir ki, Microsoft Rəqəmsal Təhdid Kəşfiyyat Mərkəzinin baş meneceri Clint Watts öz bloqunda qeyd etdib ki, müştərilər qışda Rusiyanın yeni kiberhücumlarına hazırlaşmalıdırlar.

Məlumatda bildirilir ki, Ukraynanın mülki infrastrukturuna raket və pilotsuz zərbələrlə yanaşı, Rusiya Federasiyası Ukrayna və xarici təchizat zəncirlərinə “əlavə” kiberhücumlar, həmçinin “kibernetik vasitələrdən istifadə etməklə təsir əməliyyatları” həyata keçirir.

Qeyd olunur ki, Rusiya Federasiyasının bu səyləri ABŞ, Aİ və NATO tərəfindən Ukraynaya siyasi dəstəyin sarsıdılmasına, həmçinin “Ukrayna vətəndaşlarının inamını və qətiyyətini sarsıtmağa” yönəlib.

Uotts həmçinin vurğulayıb ki, rusiyalı əməliyyatçılar dövlətə bağlı media və sosial media hesabları vasitəsilə internetdə müəyyən rəvayətləri yaymağa, o cümlədən seçilmiş məmurları və demokratik institutları sarsıtmağa çalışırlar.

Xatırladaq ki, dekabrın 2-də Ukraynanın Rəqəmsal Transformasiya Naziri Mykhailo Fedorov elan edib ki, texnologiya nəhəngi, Amerikanın Google şirkəti ukraynalılar üçün rəqəmsal təhsil üçün 2 milyon dollar və Ukrayna hökuməti üçün 50,000 Workspace lisenziyası verəcək.

Onu da əlavə edək ki, noyabrın 10-da Xüsusi Rabitə Dövlət Xidmətinin mütəxəssisləri müharibə başlayandan bəri hökumətin informasiya ehtiyatlarına və mühüm informasiya infrastrukturu obyektlərinə kiberhücumların sayının daha da artdığını qeyd ediblər.

SBU-nun kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityukun sözlərinə görə, noyabrın əvvəlinə Rusiya hər gün Ukraynadakı strateji obyektlərə 10-dan çox kiberhücum həyata keçirir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »