Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransanın qərəzli mövqeyi ilə bağlı petisiya dünya mətbuatına çıxır
Fransanın qərəzli mövqeyi ilə bağlı petisiya dünya mətbuatına çıxır

ABŞ tərəfindən maliyyələşdirilən və Şərqi Avropanın ən böyük mediaholdinqlərindən biri olan “Radio Svoboda” (Radio Free Europe) Azərbaycan xalqı adından Fransa Senatına və xalqına ünvanlanmış Petisiyanı işıqlandırıb. Bu paylaşımlar mediaholdinqin 4 platformasında – Rusiyanın “Radio Svoboda”, “Exo Kavkaza”, Ermənistanın “Radio Azatutyun” saytları və Teleqram kanalında yerləşdirilib.

“Fəallar və petisiya müəlliflərinin sözlərinə görə, Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır. Sənəddə həmçinin danışıqlar prosesinə şans verilməsi, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyətin gərginləşdirilməməsi ilə bağlı çağırışlar yer alıb”,- “Radio Svoboda” qeyd edib.

Həmçinin paylaşımlarda oktyabrın 15-i Bakıda Fransa səfirliyinin qarşısında keçirilən aksiya barədə məlumat verilib. “Aksiya zamanı qadınlar əllərində 2020-ci ildə, Qarabağ münaqişəsində Gəncənin raket atəşinə tutulması zamanı həlak olmuş uşaqların şəkillərini saxlayırdılar. Bu hücumlar zamanı 12-si uşaq olmaqla, onlarla dinc əhali həlak olub… Aksiyada iştirak edən qadınların sözlərinə görə, onlar buraya kortəbii şəkildə, keçən həftənin ortalarında Fransa Senatına ünvanlamış petisiyanı dəstəkləmək üçün çıxıblar”,– paylaşımda deyilir. Bundan başqa, keçən həftənin sonunda Petisiya “Parisdə Azərbaycan Evi” Facebook səhifəsində yerləşdirilib və Fransanın Azərbaycanda Dostları Assosiasiyasının Twitter hesabında anons edilib. Həmçinin Fransanın “Caucase de France” saytında sözügedən aksiya haqqında məqalə dərc edilib. Beləliklə, Petisiya artıq Azərbaycan mövqeyinin xaricdə irəliləməyində mühüm alətlərdən birinə çevrilir. Bu, Petisiyaya niyə dəstək göstərilməlidir sualının cavabıdır. Nə gədər çox insan ona dəstək olaraq səs versə, bir o qədər çox müxtəlif dillərdə olan xarici KİV-lər Fransa Senatının Azərbaycana qarşı tətbiq etmək istədiyi sanksiyalar və Ermənistana hərbi köməkliyin göstərilməsi ilə bağlı azərbaycanlıların fikirlərini bildirəcəklər.

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransanın Azərbaycana qarşı qeyri-operativ tutumu davam edir.

Turab Rzayev Turab Rzayev

“Əslində, 30 ildir Minsk qrupunun həmsədri olmuş bu ölkə, daha çox neytral, ədalətli, barışdırıcı mövqe tutmalı olduğu halda, biz görürük ki, Fransa daha çox ermənipərəst mövqe tutur və açıq şəkildə Ermənistanı müdafiə edir. Əlbəttə ki, Fransanın bu tutumu Ermənistan Azərbaycan münasibətlərində hər hansı əminamanlıq yaranmasına gətirib çıxarmayacaqdır. Buna görə də biz Fransanı bu tutduğu qeyri-konstruktiv yoldan, ermənipərəst mövqedən əl çəkdirməyə çalışırıq. Çünki, Fransada prezident Makron tərəfindən açıq şəkildə Ermənistana dəstək ifadə olunur, Azərbaycan işğalçı adlandırılır, “Qarabağ Ermənistanındır” deyə adlandırılır”,- deyə politoloq əlavə edib.

Turab Rzyaev qeyd edib ki, Fransa senatınun 6 senatoru Azərbaycan əleyhinə qətnamə layihəsi irəli sürüb. Buna qarşı olaraq, Azərbaycanda vətəndaşlar Fransa senatına və Fransa hökumətinə qarşı petisiya hazırlayıb.

“Artıq bu petisiya ilə bağlı ilkin uğurlar göz önündədir. Avropanın bir neçə media quruluşları, Avropanın bir neçə tanınmış mətbuat səhifələri də Azərbaycan xalqının Fransaya qarşı petisiyasına yer veriblər. Düşürük ki, Azərbaycan xalqının səsini Avropaya daha çox çatdırmaq lazımdır. Bunun üçün də petisiyanın imzalanması prosesi davam etdiriləcək və daha çox Azərbaycan xalqının Avropada eşitdirilməyə çalışılacaq”,- deyə politoloq əlavə edib.

Türkan, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »