Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
OPEC+ ölkələri yayın əvvəlində neft bazarındakı vəziyyəti müzakirə edəcək
OPEC+ ölkələri yayın əvvəlində neft bazarındakı vəziyyəti müzakirə edəcək

OPEC+ sazişində iştirak edən ölkələr iyunun 1-də keçiriləcək nazirlərin görüşündə dünya neft bazarındakı mövcud vəziyyəti müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“İyunun 1-də görüşümüz olacaq. Belə görüşlərdə bazardakı mövcud vəziyyəti müzakirə edirik”, - o deyib.

Eyni zamanda, Novak könüllü neft hasilatının azaldılmasının bəzi alyans ölkələri tərəfindən nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündən etibarən bir neçə OPEC+ ölkəsi bazarı tarazlamaq üçün könüllü olaraq neft hasilatını gündəlik ümumilikdə 2,2 milyon barel azaldır. Əvvəlcədən bu tədbirin yalnız birinci rüb ərzində qüvvədə olması nəzərdə tutulurdu, lakin martın əvvəlində alyans ölkələri onun vaxtını uzadaraq ilin üçüncü rübünə qədər edib.

Son xəbərlər
Bütün xəbərlər »