Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
III Maliyyə və İnvestisiya Forumuna bilet satışları davam edir!
III Maliyyə və İnvestisiya Forumuna bilet satışları davam edir!

“Gələcək üçün yenilən” şüarı ilə 16 noyabr 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunda (FIF2022) iştirak üçün qeydiyyat davam edir.

Bizimyol.info xəbər portalı forumun rəsmi media tərəfdaşı olaraq xəbər verir ki, “Facemark” MMC və “Admedia” reklam agentliyinin təşkilatçılığı ilə III dəfə keçiriləcək forum “İnvestisiya strategiyaları”, “Maliyyələşmə strategiyaları”, “Vergi və hesabatlılıq” panellərindən ibarət olacaq.

Panellər üzrə “PwC Avrasiya” şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, “KPMG Azərbaycan” şirkətinin vergi xidmətləri üzrə direktoru Rizvan Qubiyev, “SOCAR Türkiyə”nin neft emalı və neft kimya qrupu maliyyə rəhbəri Elçin İbadov, “Asiya İnkişaf Bankı”nın (AİB) investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov, “Asiya İnkişaf Bankı”nın investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelo sahə üzrə öz təcrübələrini bölüşəcəklər.

Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/fifbaku.az

Instagram: https://www.instagram.com/fifbaku.az/

Linkedln:  https://www.linkedin.com/company/fifbaku-az/

İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!

Son xəbərlər
Bütün xəbərlər »