Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın Dnepr körpüsünü geri alması Kremlə böyük zərbə olacaq" - Pentaqon
"Ukraynanın Dnepr körpüsünü geri alması Kremlə böyük zərbə olacaq" - Pentaqon

Ukrayna qış ərəfəsində bir sıra əsas hərbi məqsədlərə nail olmaq və Rusiya işğalçılarına qarşı mübarizədə mövqelərini möhkəmləndirmək iqtidarındadır.

Bizimyol.info xəbər verir ki, bunu Pentaqonda beynəlxalq təhlükəsizlik məsələlərinə nəzarət edən Selest Uollander deyib.

O, Ukraynanın Xerson vilayətində son vaxtlar göstərdiyi səyləri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Donetsk vilayətlərində uğurlarını qeyd edib.

Qeyd edək ki, Ukrayna qoşunları Rusiyanın istehkam xətlərini yarıb və sürətlə Dnepr boyunca irəliləyərək minlərlə Rusiya hərbçisinin təhcizat mənbələri ilə əlaqəsini kəsməyə nail olub.

Uollander Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinə müsahibəsində deyib: “Görünür, Ukrayna indi hər üç məqsədə nail olmaq yolundadır. Ukraynanın ordusu Xerson vilayətində Dnepr çayının qərb sahilində Rusiyanın nəzarətində olan körpünü geri almağa çalışır”.

Uollanderin fikrincə, bu, Rusiya üçün böyük məğlubiyyət olacaq, çünki bu, Kremlin Odessanı ələ keçirmək ambisiyalarına daha da böyük zərbə vuracaq.

"Bu, getdikcə Rusiyanın mövqeyini çətinləşdirir və Ukraynaya qışda ən gərgin döyüşlərdə ehtimal olunan işğalı aradan qaldırmaq üçün daha yaxşı müdafiə mövqeyi verir", - deyib Uollander.

Cənuba doğru irəliləyiş taktikası Ukrayna qüvvələrinin sürətlə işğal edilmiş əraziləri geri almağa, rus qüvvələrinin böyük bir hissəsinin təchizat yollarını kəsərək onları geri çəkilməyə məcbur etdi və şərqi Ukraynada Kiyev böyük nailiyyətlər əldə etdi.

Uollander qeyd edib ki, Ukraynanın ötən cümə günü Limanı azad etməsi Rusiyanın qoşunlarını yenidən cəmləşdirməsinə və bütün cəbhə xətti boyunca hərəkət etmək qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək.

Rusiya işğalçıları may ayında Liman üzərində nəzarəti ələ keçirə bilsələr də, oktyabrın əvvəllərində onu itiriblər və bu, Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsində isterikaya səbəb olub.

Oktyabrın 1-də Ukrayna prezidenti Vladimir Zelenski Liman üzərində artıq Ukrayna bayrağının dalğalandığını təsdiqləyib. O, həmçinin gələn həftə Donbasdakı digər yaşayış məntəqələrinin də azad ediləcəyini açıqlayıb.

Pentaqon bildirib ki, Birləşmiş Ştatlar Limanın azad edilməsini Ukrayna Silahlı Qüvvələrinin Severodonetsk və Kremennaya yolu açmaq üçün hesab edir ki, bu da əlamətdar hadisədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »