Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda hərbi vəziyyətlə bağlı Paşinyandan açıqlama
Ermənistanda hərbi vəziyyətlə bağlı Paşinyandan açıqlama

“İndiki mərhələdə Ermənistanda hərbi vəziyyət tətbiq edilməyəcək”.

Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri cümə günü hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, vəziyyət gərgin olaraq qalır və Ermənistanda hərbi vəziyyətin tətbiqinin məqsədəuyğunluğu və zəruriliyi məsələsi Təhlükəsizlik Şurası formatında müzakirə olunub.

“Biz belə qənaətə gəldik ki, hazırda belə bir qərar qəbul etməməliyik”,- deyə Paşinyan əlavə edib.

Baş nazir qeyd edib ki, indiki mərhələdə ölkənin “suveren”liyinin və “ərazi bütövlüyü”nün qorunmasına cəlb olunmaq istəyən vətəndaşlar adi qaydada, könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilərlər.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.  Təxribat nəticəsində 71 hərbçimiz şəhid olub.

Ermənistan tərəfi isə idda edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sotk, Vardenis, Qoris, Kapan, Ərtanış, İşxanasər, İşxanəsər, Qapalı rayonları istiqamətində artilleriya, PUA və iriçaplı silahlardan erməni mövqelərini intensiv atəşə tutub. Bunun nəticəsində 135 ölü və yaralılar var.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »