Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yunanıstan bilməlidir ki, Türkiyə bir gecə qəflətən gələ bilər"
"Yunanıstan bilməlidir ki, Türkiyə bir gecə qəflətən gələ bilər"

“Müdafiə Nazirliyimiz NATO-nun baş katibi və digər nümayəndələrlə bu görüşləri davam etdirir. Bu lokaut hadisəsi nöqtəsindəki həssaslığımız qətiyyətlə davam edir. Yunanıstan bunun fərqindədir və bunu bildiyi üçün özlərini qaydaya salacaq vəziyyətdədirlər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, qeyd edib ki, son bir həftədə etdiyi çıxışlarda bu barədə söylədiyi fikirlər öz əksini tapıb. Belə ki,qarşıdakı dövrdə Yunanıstan, yəqin ki, Türkiyə ilə necə münasibət quracağına daha çox düşünərək qərar verəcək.

“Yoxsa, həmişə dediyim kimi, yenə deyirəm, "bir gecə qəfildən gələ bilərik"” - deyə Ərdoğan Yunanıstana xəbərdarlıq edib…

Türkiyənin ölkəmizdəki keçmiş səfiri “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu yaxınlarda NATO təlimi zamanı Yunanıstan Egeydə uçan Türk döyüş təyyarəsinin radarını kilidləmişdi. Bunula da Yunanıstan bir tərəfdən Türk təyyarələrini sıxışdırıb, digər tərəfdən NATO öhdəliklərini pozmşdu. Bu isə, o deməkdir ki, artıq Yunanıstan odla oynamağa başlayıb.

Hulusi Kılıç Hulusi Kılıç

“Egey dənizini yunan gölü kimi görən və Türkiyənin hüquqlarını heçə sayan Yunanıstan uzun müddətdir ki, Türk təyyarələrini sıxışdırır. Yunanıstan bilməlidir ki, bu özbaşına davranış uzun müddət davam etməyəcək və Türkiyə bir gecə qəflətən gələ bilər” - deyə Hulusi Kılıç qeyd edib. Onun sözlərinə görə, Aİ-yə üzvlükdən öz qeyri-qanuni məqsədləri üçün istifadə edən Yunanıstan Aİ-yə üzv dövlətləri çaşdırır.

“AB kimi bəzi qurum və ölkələrin dəstəyini aldığını düşünən Yunanıstan yanlış hesablama aparır. Türkiyə Yunanıstanla mehriban qonşuluq münasibətlərini davam etdirmək istəyir” - deyə keçmiş səfir qeyd edib.

Hulusi Kılıç vurğulayıb ki, Yunanıstan Türkiyənin uzatdığı mehriban qonşuluq əlindən tutmalı və bu əlin əhəmiyyətini dərk etməlidir. Əks halda Yunanıstan saxladığı gərginlik siyasətindən böyük zərər görəcək.

“Biz Yunanıstan hakimiyyətinin odla oynamamasını və özlərinə gəlməsini gözləyirik” - deyə keçmiş səfir əlavə edib.

Xatırladaq ki, xarici işlər naziri Mövlud Çavuşoğlunun imzası ilə NATO, Birləşmiş Millətlər (BMT) və Avropa Birliyinə (AB) Yunanıstanın Egeydəki təzyiqlərinə qarşı, Yunanıstanın qanunsuz hərəkətlərinə Türkiyənin mövqeyini əks etdirən məktublar göndərilib. Avropa İttifaqının 25 paytaxtına göndərilən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, BMT-nin baş katibi Antonio Quterreş, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və NATO-nun baş katibi Yens Stoltenberqə Türkiyənin Egey problemlərinin həlli ilə bağlı mövqeyini və baxışlarını açıqlayan məktublarda Yunanıstanın qanunsuz hərəkətlərinə və maksimalist tələbləri yer alıb. Məktublarda Yunanıstanın Egeydəki ərazi sularının eni 6 dəniz mili olmasına baxmayaraq ,10 dəniz mili hava sahəsinə sahib olduğunu iddia etməsi, üst-üstə düşməyən ərazi suları və hava məkanı sərhədlərinə sahib olduğu vurğulanmışdır. Həmçinin qeyd edilib ki, Türkiyə Egey problemlərinin beynəlxalq hüquq çərçivəsində həll oluna biləcəyinə inanır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »