Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çin Tayvanın müstəqilliyinə imkan verməyəcək"
"Çin Tayvanın müstəqilliyinə imkan verməyəcək"

“Bir Çin prinsipi Tayvan regionunun xarici iqtisadi əməkdaşlığı üçün ilkin şərtdir”.

Bizimyol.info xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyin sözçüsü Şu Kuetinq mövzu ilə bağlı verdiyi açıqlamada deyib.

Vaşinqton administrasiyasını "Tayvan bölgəsi ilə ticarət əlaqələrini qaydalara uyğun aparmağa" və "Çinin əsas maraqlarına hörmət etməyə" çağıran sözçüsü Şu: "Çin öz suverenliyini, ərazi bütövlüyünü və inkişaf maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri görəcək", - deyə qeyd edib.

Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəsi dünən Vaşinqton və Taypeyin "21-ci Əsr Ticarətinə dair ABŞ-Tayvan Təşəbbüsü" çərçivəsində yeni ticarət danışıqları aparacağını açıqlayıb.

Danışıqların birinci raundunun payızın əvvəlində baş tutacağı gözlənilir, bəyanatda deyilir. Bildirilib ki, iki ölkə arasında aparılacaq danışıqlarda ticarətin asanlaşdırılması, tənzimləyici təcrübələr, korrupsiyaya qarşı mübarizə standartları, kiçik - orta sahibkarlar arasında ticarətin təkmilləşdirilməsi, kənd təsərrüfatı ticarətinin inkişafı, ticarətdə ayrı-seçkilik maneələrinin aradan qaldırılması, rəqəmsal ticarət, əmək və ətraf mühit standartları ilə bağlı birgə fəaliyyət nəzərdə tutulur.

Bəyanatda dövlət müəssisələrinin pozucu təcrübələri, qeyri-bazar siyasəti və praktikalarının gündəmdə olacağı da qeyd edilib.

Hakim Kommunist Partiyası açıq şəkildə bəyan edib ki, öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik, iqtisadi əlaqələr qurmasına, BMT və digər beynəlxalq təşkilatlarda təmsil olunmasına qarşıdır.

Cin hökuməti zərurət yaranarsa, güc yolu ilə olsa belə, Tayvanın müstəqil dövlətə çevrilməsinin qarşısını alacağını  bildirən bəyanat verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »