Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada rekord quraqlıq dünya iqtisadiyyatını alt-üst edəcək
Avropada rekord quraqlıq dünya iqtisadiyyatını alt-üst edəcək

Avropa Komissiyasının məlumatına görə, Avropa Birliyi və Britaniya ərazisinin düz yarısında quraqlıq hökm sürür.

Bizimyol.info xəbər verir ki, avqustun 15-də TSN-nin süjetində verilən məlumata görə, 2022-ci ilin ekoloji problemləri artıq Avropada güclü böhranın səbəbi olmağa başlayır. Məsələn, builki quraqlığın son 500 ilin ən pisi olacağı proqnozlaşdırılır. Hətta bildirilir ki, bu, yalnız başlanğıcdır.

Bundan əlavə olaraq bildirilir ki, iqlim problemləri Avropa iqtisadiyyatına böyük ziyan vurur. Quru çayların və tarlaların AB-yə nə qədər baha başa gələcəyi isə hələ ki, proqnozlaşdırılmağa başlanır.

Yeni Su Mədəniyyəti Fondunun təsisçisi Nuria Hernandez-Mora deyir: "Avropanın əksər hissəsində misli görünməmiş, uzun istilik dalğaları yaşadıq. Beləliklə, az miqdarda yağan yağışla yanaşı, bizdə həm də həqiqətən də çox yüksək temperatur hökm sürür".

Onu da əlavə edək ki, bu il çaylarda suyun səviyyəsi də ən aşağı səviyyəyə düşüb. Avropanın əsas su arteriyası olan Reyn çayı o qədər quruyub ki, naviqasiya praktiki olaraq qeyri-mümkün olub. Xatırladaq ki, bu çay boyunca neft məhsulları, metal və xammal daşınırdı. Hazırda isə yük üçün başqa marşrutlar axtarılır və iqtisadiyyata 20 milyard avro ziyan dəyir.

Onu da əlavə edək ki, şiddətli quraqlıq təkcə çayların quruması və balıqların kütləvi ölümü ilə bağlı deyil. "Bizi yay bitkiləri, günəbaxan və qarğıdalı da narahat edir. Bilirik ki, bu yay qarğıdalı istehsalımız 30 faiz azalacaq. Bu məlumat proqnozlara görədir. Bu məsələlər bizi narahat edir”,– deyə yerli sakin bildirir.

Məlumata görə, yalnız qarğıdalı və günəbaxan deyil, həm də üzüm və zeytun üçün məhsul çatışmazlığı yaşanacaq, bununla yanaşı neft və şərab istehsalı da zərər görəcək.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »