Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bundan sonra fərqli yazılışlar yerinə “Türkiye” şəklində yazılacaq”
“Bundan sonra fərqli yazılışlar yerinə “Türkiye” şəklində yazılacaq”

Artıq Türkiyənin yeni ixracat markası “Türkiye”dir. Məqsəd Türkiyə markalarının və məhsullarının xaricdə daha çox tanınmasını təmin etməkdir.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanının mətni bir neçə gü öncə, “Resmi Gazete”də dərc olunub. Sənəddə qeyd edilir ki, “Türkiye” termini Türk xalqının mədəniyyətini və dəyərlərini ən dolğun şəkildə əks etdirir. Bununla bağlı ölkə brendinin adının dəyişdirilməsi qərara alınıb. Bundan sonra “Made in Turkey” brendi əvəzinə ixrac məhsulları vahid “Made in Türkiye” brendi altında tədarük ediləcək. Eyni zamanda, ölkənin bütün rəsmi sənədlərində, o cümlədən xarici dövlət və təşkilatlarla yazışmalarda “Turkey”, “Turkei”, “Turquie” və s. sözlər əvəzinə vahid “Türkiye” ifadəsi işlədiləcək.

“Ölkələrin adları bir brendir və dünyada tanınma baxımından da önəmlidir. Dünyada BMT-yə üzv olan 183 ölkə var. Təbii ki, əlifbasına görə, ölkələrin yazılış və ya oxunuş forması dəyişir. Amma 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyəti ingilis dilində fərqli bir şəkildə, fransız dilində fərqli, alman dilində fərqli bir şəkildə yazılırdı”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz danışıb. Onun sözlərinə görə, bunlardan bəziləri uyğun olmayan adlardan biri idi. Məsələn, "Turkey" ingilis dilində “hind quşu” mənasını verir. Yəni uyğun gəlmirdi.

Yücel Karauz Yücel Karauz

Yücel Karauz deyir ki, Türkiyə artıq qlobal bir gücə çevrilməkdədir. Artıq qlobal güc olan Türkiyənin adının da markalaşması və bunun bütün BMT vasitəsilə bütün bu brendin, bu ölkə adının ingilis dilində olsun, fransız dilində olsun, harda olursa, olsun Türkiye deyə yazılması Türkiyə ətrafındakı könül coğrafiyası baxımından da, Türkiyənin digər iqtisadi-sosial, mədəni fəaliyyətləri baxımından, markalaşması baxımından da önəmlidir. BMT bunu qeyd edib, qəbul etdi.

“Bundan sonra fərqli formalarda yazılış yerinə “Türkiye” şəklində yazılacaq” - deyən general hesab edir ki, ad dəyişikliyi çox uğurlu bir addımdır. Belə ki, eşidilməyən, tanınmayan yerlər baxımından da Türkiyə...

“Bir ölkənin istehsal etdiyi ən böyük marka ölkəsinin adıdır. Eyni Azərbaycan adı olduğu kimi. Hesab edirəm ki, bu uğurlu addım gözəlliklər, əməkdaşlıqlar baxımından faydalı olacaq” - deyə Yücel Karauz bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »