Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis terrorçunu güllələyən şəxsi həbs etməklə hədələyib
Polis terrorçunu güllələyən şəxsi həbs etməklə hədələyib

Terrorçu olduğu iddia edilən adamı güllələyən İsrail vətəndaşı silahını ona qaytarılmayacağı təqdirdə polis idarəsini tərk etməkdən imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkənin "12" telekanalı məlumat yayıb.

Beerşeba vilayətində adam güllələyən sakinin silahı ballistik ekspertiza üçün götürüldiyi bildirilib.

Müstəntiq vətəndaşı dərhal polis bölməsini tərk etməsə onu həbs edəcəyi ilə hədələyib. Lakin o silahını geri qaytarılmasını tələb etməkdə israrlı olub.

Nəhayət, polis rəisi Kobi Şabtai vətəndaşın silahının “sürətli ballistik ekspertiza"dan keçirilməsini və  qısa müddətdə sahibinə geri qaytarılmasını əmr edib.

Daxili işlər naziri Ayelet Shaked deyib ki, belə hallarda polis sağlam düşüncə nümayiş etdirməlidir. Vətəndaşın düşdüyü vəziyyət və yaşadığı şərait nəzərə alnmalıdır.

Polis daha sonra açıqlamalar verib. o, "terror hücumunu dayandıran cəsur vətəndaşı" tərifləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »