Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahin və Türeci Atatürk mükafatından imtina etmələrinin səbəbini açıqlayıblar
Şahin və Türeci Atatürk mükafatından imtina etmələrinin səbəbini açıqlayıblar

Koronavirus peyvəndi "BioNTech"in qurucu tərəfdaşları Prof. Dr. Uğur Şahin və Dr. Özlem Türeci Atatürkçü Düşüncə Dərnəyinin (ADD) verdiyi İlin Atatürkçü mükafatına layiq görülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Bildirilir ki, Şahin və Türeci bu mükafatı almağa razılaşaraq dərnəyi məktubla xəbərdar ediblər. İkili  Türkiyədə onların adından mükafatı alacaq adamın adını da müəyyən edərək bu barədə dərnəyi məlumatlandırıblar.

Amma 3 gün sonra Almaniyadan ADD assosiasiyasına daha bir məktub göndərilib.

Türeci və Şahin bu dəfə yazdıqları məktubda mükafatı qəbul edə bilməyəcəklərini bildiriblər. Onlar elm adamı olduqlarını, yalnız elmi təşkilatlar və buna bənzər dərnəklərdən mükafat almalarının düzgün olacağını bildiriblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »