Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnək südünün bilmədiyimiz zərərləri – Həkimdən xəbərdarlıq
İnək südünün bilmədiyimiz zərərləri – Həkimdən xəbərdarlıq

Pediatrlar, 1 və hətta 2 yaşa qədər uşaqlara heyvan mənşəli südlərin verilməməsini, bunun onlar üçün ziyanlı ola biləcəyini bildirirlər. Lakin bir çox ailələrdə nənələ, babalar, yaşca daha böyük nəslin nüməyəndələri həkimlərin bu qayadağasını əsassız hesab edir və tez-tez “biz sizi inək südü ilə böyütmüşük” ifadəsini səsləndirilər. Təbii ki, yeni ana olmuş xanımlar da “böyüyün sözü qanundur” prinsipinə əməl edərək, özləri də bilmədən körpələrinə zərər verirlər.

Bu zərərlər nədən ibarətdir? Heyvan mənşəli südlərin ziyanları nələrdir?

Bizimyol.info-nun suallarını cavablandıran pediatr Aytən İsmayılzadə bildirir ki, inək südü zulalı uşaq orqanizminin düşmənidir.

“"İnək südü içirmi?" sualıma tez-tez “qutu südü verirəm” cavabını alıram. Əziz analar, qutuların südü olmur. Yəni, o qutudakı süd də adətən inək südü olur. Hətta quru südün yenidən maye hala keçmiş formasıdır. O, digər meyarlara görə, inəyin südündən daha pisdir.

İnsan südündən başqa heyvan və bitki mənşəli südlər olur.  İnək, keçi, at, eşşək südü bildiklərimizdir. “Inək südünü nə vaxtdan verim?” deyə sual verən analara zaman deyə bilmirəm. Çünki özüm də inək südünü çox sevdiyim halda çoxdandır istifadə etmirəm. Çünki ondan fayda yoxdur. Tərkibindəki kalsium, fosfor, vitaminlər, amin turşular və s faydalı ola bilər, amma zülalları bağırsaq divarında iltihab törədir, ordakı sıx yerləşmiş hüceyrələrin divarını sökür, qana keçərək immunitetə "mən gəldim" deyir. Onu sevməyən immunitet də ona qarşı mübarizəyə keçir. İnək südü zülalı və immunitet uzun müddət gizlənpaç oynayırlar. Hər dəfə zülalı tuta bilməyən immun hüceyrələr yanlışlıqla öz bədən hüceyrələrimizi tutur. Beləliklə, autoimmun proseslər inkişaf edir. Xroniki xəstəliklərə şərait yaranır. Digər südlərdə bu cür təhlükəli davranış o dərəcədə də deyil”.

Həkim sonda qeyd edib ki, inək südünü öskürən uşaqlara verməyi məsləhət görmür.

“Deyecəksiz ki, “axı südü verdim öskürəyi kəsildi”. Bəli bu, mümkündür. Amma bu müvəqqətidir. İnək südü zülalı bədəndə iltihab mediatorlarını oyadır və  ona görə selikli qişalarda selik ifrazı baş verir. Quru öskürək də bronxda yaranan selik hesabına yaş olur və uşaq qıcıqlı öskürəkdən sağalır, yaş öskürəyə keçir.

Öskürən, allergiyalı( ferqi yoxdur hansı forma, südə qarşı olmasa belə), dəri problemi olan, tez-tez xəstələnən, burun-boğaz əti böyümüş olanlar, əzələ-bağ aparatı zəif olan, skolioza meyilli, baş ağrıları olan, revmatik, autoimmun, onkoloji xəstəliyi, piylənməsi olan uşaqlara inək südü içirmək olmaz”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »