Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Türkiyədə koronavirusla bağlı vəziyyəti açıqlayıb
Nazir Türkiyədə koronavirusla bağlı vəziyyəti açıqlayıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan 173 nəfər ölüb.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşıb.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə "COVID-19" infeksiyası ilə əlaqədar 351 965 nəfərin test edildiyi, 20 138 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 214 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək "COVİD-19"a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 654 886 peyvənd tətbiq edilib ki, bunun 91,51 faizi birinci, 82,82 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Son xəbərlər
Bütün xəbərlər »