Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya və ABŞ kiberhücumlardan bigə müdafiə olunacaqlar
Yaponiya və ABŞ kiberhücumlardan bigə müdafiə olunacaqlar

Yaponiya və ABŞ hökumətləri kiberhücumlara qarşı mübarizədə əməkdaşlığa başlamağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponyanın “Yomiuri” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Gözlənilir ki, Tokio və Vaşinqton həyata keçirilən kiberhücumlarla bağlı məlumatları bir-birinə ötürəcək, birgə təhlil edəcəklər. Bundan əlavə, iki ölkənin səlahiyyətli orqanları hakerləri müəyyənləşdirəcək və müvafiq əks tədbirlər hazırlayacaq. Nəhayət, Yaponiya və ABŞ yerli müəssisələrin onlayn müdaxilələrə qarşı təhlükəsizlik tədbirlərini artıracaq.

Yanvarın 7-də onlayn rejimdə keçirilməsi planlaşdırılan Yaponiya və ABŞ xarici işlər nazirlikləri və ABŞ müdafiə nazirliklərinin rəhbərləri arasında danışıqlar zamanı əməkdaşlıq sazişi bağlana bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »