Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yemək dadı verən televizor ekranı hazırlandı
Yemək dadı verən televizor ekranı hazırlandı

Yaponiyada müxtəlif yeməklərin dadını özündə əks etdirən televizor ekranı hazırlanıb.

Bizimyol.info xəbər verir ki, “Taste the TV” adlanan cihazda müxtəlif qidaların dadları olan sprey qutuları var və tamaşaçı, televizorun ekranındakı gigiyenik plyonkaya səpilən yeməyin dadını yalamaqla hiss edə bilər.

Ekranı hazırlayan Meiji Universitetinin professoru Homei Miyashita, “Covid-19” dövründə bu cür texnologiyaların insanların xarici dünya ilə əlaqəsini yaxşılaşdıra biləcəyini söyləyib.

"Məqsəd, insanların hətta evdə oturarkən belə dünyanın digər ucundakı bir restoranda yemək yeməsinə imkan yaratmaqdır",-deyə Miyashita bildirib.

Professor onu da qeyd edib ki, inkişaf etdirdiyi sprey texnologiyasından müxtəlif üsullarla istifadə etmək üçün bəzi şirkətlərlə danışıqlar aparır. Bu texnologiya ilə bir dilim çörəyə pizza və ya şokolad ləzzəti vermənin mümkün olduğu bildirilir.

Cihazın istifadəsi isə mürəkkəb deyil. İstifadəçi ekranda şokoladı dadmaq istədiyini deyir və avtomatik səsli göstərişi bir neçə dəfə təkrar etdikdən sonra ekrandakı plastik lentə istədiyiniz ləzzət səpilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »