Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeytsdən kritik "Omicron" xəbərdarlığı: "Ən pis dövrə daxil ola bilərik"
Bill Qeytsdən kritik "Omicron" xəbərdarlığı: "Ən pis dövrə daxil ola bilərik"

"Biz bu barədə daha çox məlumat alana qədər variantı ciddi qəbul etməliyik. Hətta "Delta"nın yarısı qədər şiddətli olsa belə, bu, indiyə qədər gördüyümüz ən pis dalğadır, çünki o, çox sürətlə yoluxucu xassəyə malikdir".

Bizimyol.info xəbər verir ki, bunu "Omicron" ştammı barədə "həyacan siqnalı" verən milyarder Bill Qeyts deyib.

ABŞ-da yeni dalğanın üç ay davam edəcəyini gözlədiyini ifadə edən Qeyts: "Ən pis dövrə daxil ola bilərik. Bu, bir neçə ağır aylar çəkə bilər.  Amma mən hələ də inanıram ki, düzgün addımlar ataraq, pandemiyanın qarşısını 2022-ci ildə ala bilərik. Mən bu bəlanın gələn il sona çatacağına inanıram", - deyib.

ABŞ-da Covid-19 hadisələri artmaqda davam edir. Johns Hopkins Universitetinin məlumatlarına görə, ölkədə keçən həftə gündə orta hesabla 148 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, bir həftə əvvəllə müqayisədə 23% yüksəlməsi deməkdir. CDC ötən gün elan edib ki, "Omicron" bir ay ərzində ölkədəki halların 73 faizini təşkil edən "dominant variant"dır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »