Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST uşaqların "COVİD-19" əleyhinə peyvənd edilməsini istəmir
ÜST uşaqların "COVİD-19" əleyhinə peyvənd edilməsini istəmir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaq və yeniyetmələrin "COVİD-19"a qarşı peyvənd edilməsini tövsiyə etmir. Çünki bu yaş qrupunda ciddi xəstəlik halları azdır və bundan əlavə, bir sıra ölkələrdə yüksək riskli əhali hələ də tam peyvənd olunmayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ÜST-nin immunizasiya üzrə ekspertlərdən ibarət strateji məsləhət qrupunun Cenevrədə yaydığı bəyanatda deyilir.

"ÜST hazırda uşaq və yeniyetmələrin universal peyvənd edilməsini tövsiyə etmir, çünki bu yaş qrupunda ciddi xəstəliklərin yükü azdır və ciddi xəstəlik riski ən çox olan qruplar arasında bütün ölkələrdə peyvəndlərin geniş əhatə dairəsinə nail olunmadığına görə, uşaqlara bunu tətbiq etməkdə tələsmək olmaz", - deyə ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə həm də dünya üzrə peyvəndlərin paylanmasında ədalətin olmamasına diqqət çəkib.

“Hazırda bəzi ölkələr universal gücləndirici proqramlar həyata keçirsə də, ÜST-yə üzv dövlətlərin yalnız yarısı ilin sonuna qədər öz əhalisinin 40%-nin peyvənd olunmasına nail ola bildi”, - deyə o bildirib.

Qebreyesus bu məqsədə çatmaqda yaranan çətinliklərin əsas səbəbi kimi peyvəndin “qlobal tədarükün balanssızlığını” göstərib.

Qebreyesus hesab edir ki, vaksinlərə bərabər çıxışı təmin etmək üçün əlavə tədbirlərə ehtiyac var. Omikron ştammının ortaya çıxması, onun sözlərinə görə, bu problemin tezliklə həll edilməsinin zəruriliyini vurğulayır. Birinci və ya ikinci peyvəndi hələ almamış tibb işçiləri, yaşlılar və riski yüksək olan digər şəxslər üçün peyvənd imkanlarının təmin edilməsinə üstünlük verilməlidir. O xatırladıb ki, Afrikada hər dörd tibb işçisindən üçü peyvənd olunmur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »