Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşların məlumatları və dövlətin məxfi sənədləri nə dərəcədə qorunur...
Vətəndaşların məlumatları və dövlətin məxfi sənədləri nə dərəcədə qorunur...

Hazırda ən aktual mövzulardan biri də Azərbaycanda dövlət qurumları və dövlət idarələrin informasiya təhlükəsizliyidir. Vətəndaşların məlumatları və dövlətimizin məxfi sənədləri nə dərəcədə qorunur? Ümumiyyətlə hər bir dövlət qurumunda İT şöbə və ona nəzarət edən İKT təhlükəsizliyi şöbələri mövcuddurmu?

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun sullarını cavablandıran zaman bildirib ki, hər bir dövlət qurumun İT şöbəsinin mövcud olması əsas məsələlərdən biridir. Onun sözlərinə görə, söhbət dövlət quruculuğu və məxfi sənədlərdən gedirsə, burada İT təhlükəsizlik yüksək səviyyədə təşkil olunmalıdır.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Sözsüz ki, bu belədir və öz əksini İkinci Vətən müharibəsi zamanı tapdı. Azərbaycanın savadlı gənc İT mütəxəssisləri qurumların təhlükəsizliyini yüksək səviyyədə təşkil etdilər. Bəzi xəbər saytlarımıza və korporativ biznes saytlarımıza kiberhücumlar təşkil olunsada, hər birisi əks-hücumla öz cavabını almışdır. Ən çox bizim İT mütəxəssislər ermənistanın dövlət qurumlarını hack edərək, onların məxfi sənədlərini ələ keçirməyi bacarmışdılar. Təbii ki, hücumlar onlar tərəfindən də törədilirdi, lakin vurğulamaq lazımdır ki, İnformasiya Təhlükəsizliyi üzrə çalışan ekspertlərimiz olduqca cəld və professional yanaşmaları nəticəsində bizim heç bir dövlət sirrimiz və strateji əhəmiyyət daşıyan məlumatlarımız erməni xakkerləri tərəfindən əldə olunmamışdır. Olduqca həssas bir mövzu olduğundan məsələyə daha geniş toxuna bilərdim, lakin son vaxtlar istər mətbuat orqanlarının səhifələrində, istər güc strukturları və digər dövlət qurumlarının yayımladığı press-xəbərlərində “İnformasiya təhlükəsizliyi” ifadəsinə tez-tez rast gəlinir. Əslində, bu anlayışa toxunan media mənsublarının əksəriyyəti günümüzün ən aktual termini olan “İnformasiya təhlükəsizliyi”nin tam mahiyyətinə, mənasına varmadan bu fikri harada və necə gəldi istifadə edirlər.

Bəs “İnformasiya təhlükəsizliyi” nədir? Bu anlayış necə öyrənilir, onun tətbiqi və tələbləri nədən ibarətdir?

Əvvəla onu deyim ki, informasiya təhlükəsizliyi və onun təmin olunması təkçə dövlət qurumlarından və idarələrindən, nazirliklərdən ibarət deyil. Bütün dünyada “leqal kəşfiyyat xidməti” deyilən sistem mövcuddur. Leqal kəşfiyyatın ən əsas xüsusiyyətlərindən biri dövlətin iqtisadi, siyasi, hərbi maraqları çərçivəsində olan digər dövlətlərin kütləvi informasiya vasitələrində yayılan xəbər və məlumatların, sorğu agentlikləri tərəfindən keçirilən sorğuların nəticələrinin və xüsusi adamların şəxsi müşahidələri əsasında toplanan informasiyaların təhlilidir. Bəzən bu vəzifə konkret istiqamət üzrə ixtisaslaşmış mərkəzlər, qruplar, hətta beynəlxalq humanitar təşkilatlar tərəfindən, biznes sektorunda yaradılan şirkətlər vasitəsilə də icra edilir. Danılmaz faktdır ki, bir çox dövlətin kəşfiyyat orqanları maraq dairələrində olan ölkələrin mətbuat dairələrinə nüfuz etməklə, həmin ölkədə ictimai rəyə təsir göstərən xəbər və məlumatları yaymağa nail olmaqla daha dərin gizli kəşfiyyat tapşırıqlarını icra edirlər. Bir sözlə, mətbuat orqanları bəzən bilməyərəkdən belə yad qüvvələrin vasitəsinə çevrilir, təmsil etdikləri dövlətin ərazi bütövlüyünə, suverenliyinə, ictimai rəyə, siyasi proseslərə ciddi ziyan vurmuş olurlar.

Deməli, dövlətin gücünü artırmaq, toxunulmazlığını qorumaq, dünya siyasətində öz yerini müəyyən edə bilməkdən ötrü ən vacib amillərdən biri də, onun yetərincə informasiyaya malik olmasından keçir. Bir sözlə, günümüzün “İnformasiya təhlükəsizliyi” anlayışı, informasiya texnologiyaları, daha konkret desək, kompüter və qlobal şəbəkə sistemlərində təkcə texniki məna daşımır, həm də bu, siyasi-iqtisadi, hərbi mahiyyəti özündə ehtiva edir. Məhz bu anlayış vasitəsilə xüsusi xidmət orqanları, kəşfiyyat dairələri kəşfiyyat məlumatlarının toplanmasına çəkilən zəhməti, xərci, bunun üçün itirilən zamanı, demək olar ki, yarıbayarıya endirə bilirlər”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »