Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elon Musk atmosferdəki karbon qazını emal etməyi planlaşdırır
Elon Musk atmosferdəki karbon qazını emal etməyi planlaşdırır

Tesla şirkətinin rəhbəri, "SpaceX"in yaradıcısı və baş direktoru İlon Mask raket yanacağının yaradılması üçün atmosferdən karbon qazının (CO2) təmizlənməsi proqramının işə salınmasından danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, bu proqramla "SpaceX" məşğul olacaq. Mask qeyd edib ki, belə bir proqramın həyata keçirilməsi, əsasən atmosferi karbon qazından təmizləyəcək və həm də Marsa uçuşlar zamanı peyklər üçün yanacaq kimi faydalı ola bilər.

Qeyd edək ki, “Time” jurnalı Maskı “İlin adamı” elan edib. Nəşrin redaktorları qeyd ediblər ki, Mask 2021-ci ildə dünyanın ən varlı adamı olub və onun "SpaceX" kosmos yarışında digər Amerika şirkətlərini, o cümlədən "Boeing"i qabaqlayıb. Jurnal sahibkarın iqlim dəyişikliyinə, süni intellektin inkişafına və kriptovalyutaların istifadəsinə olan marağına da diqqət çəkib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »