Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq

Ukrayna-Rusiya arasındakı gərginlik qarşılıqlı sərt bəyanatlarla getdikcə artır. Ukrayna Donetsk vilayətində tanklarla təlimlər keçirib və Rusiyaya  onun ərazisinə hücum etməmək barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

"Biz Putinin ağlında nə olduğunu təxmin etməyə çalışmırıq, lakin o, bunu yaxşı başa düşməlidir. Ukraynaya hücumun cəzası ağır olacaq. Ən yaxşısı bunu etməməkdir", - deyə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Berlində Polşada həmkarı ilə görüşən Almaniya kansleri Angela Merkel də Rusiyaya sərt xəbərdarlıq edib: "Avropa İttifaqı Rusiyanın sərhəddə hərbi güc cəmləşdirməsinə qarşı Ukrayna ilə çiyin-çiyinə dayanmalıdır. Ukraynanın suverenliyinə qarşı növbəti hücum bunu edən dövlət üçün çox baha başa gələcək",- deyə Merkel bildirib.

Merkel həmçinin vurğulayıb ki, Ukraynanın şərqində gərginlik artarsa, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olmalıdır.

Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri həftəsonu verdiyi müsahibədə bildirib ki, Rusiya Ukrayna sərhədində 92 min əsgər toplayıb və yanvarın sonu və ya fevralın əvvəlində hücuma hazırlaşır.

Rusiya və Ukrayna arasında münasibətlər 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra gərginləşib. Donetsk və Luqansk vilayətlərində Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında baş verən qarşıdurmalarda 14 mindən çox insan həyatını itirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »