Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Gürcüstan hakimiyyətini Saakaşviliyə qarşı “ləyaqətlə və ədalətli” davranmağa çağırıb
ABŞ Gürcüstan hakimiyyətini Saakaşviliyə qarşı “ləyaqətlə və ədalətli” davranmağa çağırıb

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətini Gürcüstanın üçüncü prezidentinə ləyaqətlə və ədalətlə yanaşmağa və Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırır.

Bizimyol.info xəbər verir ki, bu barədə gürcüstan mətbuatı məlumat verib.

Bildirilir ki, Qldani həbsxanasının xəstəxanasında saxlanılan Mixail Saakaşvili cümə axşamı, noyabrın 18-də aclıq aksiyasının 49-cu günündə huşunu itirərək reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər şurasının Saakaşvilinin təcili olaraq mülki multidissiplinar klinikaya köçürülməsi və ona müvafiq yardım göstəriləcəyi barədə tövsiyələrinə baxmayaraq, o, həbsxana xəstəxanasında saxlanılıb.

“Biz keçmiş prezident Mixail Saakaşvili oktyabrın 1-də həbs olunandan bəri ona münasibəti diqqətlə izləyirik. Gürcüstan hökumətini cənab Saakaşviliyə ədalətli və ləyaqətlə yanaşmağa, həmçinin Ombudsmanın tövsiyələrinə əməl etməyə çağırırıq”, -deyə Dövlət Departamentinin bəyanatında bildirilib.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstan hakimiyyətini Saakaşvilinin ədalətli mühakimə hüququna hörmət etməyə və onun cinayət işi üzrə məhkəmə iclaslarında iştirakını təmin etməyə çağırır:

“Cənab Saakaşvilinin ədalətli məhkəmə araşdırması hüququ var, o, xahiş edərsə, məhkəmə iclaslarında şəxsən iştirak etmək imkanı təşkil edilməlidir”.

ABŞ Dövlət Departamenti həmçinin Gürcüstanın İctimai Müdafiəçisinin Qldani həbsxana xəstəxanasındakı vəziyyəti qiymətləndirmək üçün müstəqil tibbi qrup yaratmaq işini yüksək qiymətləndirib.

Mixail Saakaşvili 2013-cü ildən sonra ilk dəfə Gürcüstana qayıdıb. O, sentyabrın 29-da gizli şəkildə Gürcüstan sərhəddini keçib. Oktyabrın 1-də Tbilisidə həbs edilən keçmiş prezident həmin gündən aclıq aksiyasına başladığını elan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »